Akademik Zərifə Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsul meydana gəlib, tədricən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısı alınıb

Akademik Zərifə Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsul meydana gəlib, tədricən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısı alınıb
Ölkəmizdə XX əsrin birinci yarısına qədər daha çox terapiya və cərrahiyyə sahələrinin inkişaf etdiyi dövrdə məhz Zərifə Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrilmişdi. Zərifə Əliyeva həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunub. Onun çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilib. “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə layiq görülüb, o zaman üçün əlçatmaz sayılan Averbax mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut edib. Milli Oftalmologiya Mərkəzi Zərifə Əliyevanın adını daşıyaraq ölkəmizin nüfuzlu tibb mərkəzlərindən biri kimi inkişaf edib. Akademiyada Zərifə xanımın adına mükafat təsis olunub.
Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində həm praktik-həkim kimi çalışdığını, həm də uzun illər ərzində elmi tədqiqatlar apardığını, yaşadığı dövrdə respublikamız üçün real problem olan gözlərin traxoma xəstəliyi ilə yaxından maraqlanmış, öz araşdırmalarını bu problemin həllinə yönəltdiyini deyə bilərik. Akademik Zərifə Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsul meydana gəlib, tədricən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısı alınıb.
2023-cü il aprel ayında bütün həyatını Azərbaycanda səhiyyə elminin inkişafına həsr etmiş görkəmli oftalmoloq alim, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın 100 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər planının hazırlayıb həyat keçirməsi istiqamətində sərəncam imzalamışdır.

Sabunçu qəsəbəsi, 170 saylı məktəbin
tarix müəllimi Mədinə Zeynalova





Oxşar xəbərlər