
Xarici KİV xəbər verir ki, "Eyfela" adlanan yeni qüllə Eyfel qülləsindən 200 metr irəlidə tikilib.
İnsanlar yeni qüllənin 1 aprel zarafatı olduğu düşünsə də, belə olmadığı üzə çıxıb.
“Eyfela”nın rəssam Filip Maindron tərəfindən inşa edildiyi və aprelin 10-na qədər sərgilənəcəyi açıqlanıb.
Yeni qüllənin hündürlüyü 32 metrdir və burada 23 ton təmirdən istifadə olunub.
"Doğum elanı. Adım Eyfeladır. 1 aprel 2023-cü il şənbə günü saat 05:25-də Parisdə anadan olmuşam. Boyum 32 metr, çəkim 23 tondur. Anam çox sevindi”,- deyə qüllənin üzərində qeyd olunub.