Qarabağ erməniləri üçün son seçim: 2025-ci ilin mayına qədər... - Ekspert danışır

Qarabağ erməniləri üçün son seçim: 2025-ci ilin mayına qədər... - Ekspert danışır Hər hansı bir tərəfin danışıqlar zamanı ortaya qoyduğu tələbin icrası onun gücü və imkanlarından asılıdır. İndiki halda Qarabağ erməniləri ortaya mövqe qoyub. Amma bu mövqeni müdafiə etməyə onların nə gücü, nə də imkanları var.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, Azərbaycan tərəfinin Qarabağda yaşayan erməni icması ilə bağlı dialoq təklifləri sona qədər davam edə bilməz:

“Müşahidə edilən odur ki, Azərbaycanın bu təşəbbüslərindən sonra hansısa bir formada təzyiq imkanları da nəzərdən keçirilir. Bu, növbəli şəkildə olan prosesdir. Amma bu yanaşma da qarşı tərəf reallığı anlayana qədər davam edəcək”.

Politoloqun fikrincə, bu məsələ ilə bağlı tələskənliyə ehtiyac yoxdur:

“Çünki möhlət bəllidir. 2025-ci ilin mayında bölgədə rus sülhməramlılarının qalıb-qalmaması məsələsi aydınlaşacaq. Azərbaycan burada sülhməramlıların mövcudluğuna həmin müddətdən sonra qalmasına icazə verəcəyi məsələsi əsas amildir. Qarabağda yaşayan erməni icması da bu müddətə qədər konkret qərar qəbul etməlidir. Rus sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni icmasının Azərbaycana inteqrasiyadan başqa seçim imkanı qalmayacaq”.

Zərdüşt Əlizadə Qarabağda yaşayan erməni icmasının reinteqrasiyasının sürətləndirilməsi məsələsinə də münasibət bildirib:

“Görünən odur ki, hazırda Qarabağda Azərbaycana inteqrasiya edib yaşamaq istəyənlər də az deyil. Amma paralel olaraq bu istiqamətdə iş aparmalıdır. Onların istisadi, siyasi, mədəni hüquqları ilə bağlı təsəvvürləri aydınlaşmalıdır”.

Oxşar xəbərlər