Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "CNN Türkiyə" kanalına müsahibəsində bir çox məsələlərlə bağlı mühüm ismarıclar verdi. Bunların bir qismi yaranmış yeni vəziyyətdə Ermənistan-Azərbaycan münasibətləri və onun gələcək perspektivləri ilə bağlı idi. Bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən qalib Lider İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da ifadə edərək bildirdi ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi əbədi olaraq masa üstündə qala bilməz. Bu mövqe Ermənistanı son günlər törətdiyi təxribatlardan çəkinməyə dəvət etməklə bərabər, həm də ona təmkinli, ancaq ciddi xəbərdarlıq idi. Yəni sülhün əksi müharibədir və Azərbaycan buna hazırdır. Yaxşı olar ki, Ermənistan yeni məğlubiyyətə məhkum edilmiş müharibədənsə, inkişaf gətirəcək uzunmüddətli sülhə hazırlaşsın.
İkinci mühüm məsələ Azərbaycan Prezidentinin Qarabağda yaşayan erməni icmasını "yolunu azmış Azərbaycan vətəndaşları adlandırması" oldu və onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasından danışdı. Verilən incə ismarıc o idi ki, Azərbaycan vətəndaşını, yolunu azmış olsa belə, Azərbaycandan qoruyacaq heç bir sülhməramlı missiyaya ehtiyac yoxdur. Bu missiyanı daimi, yaxud uzunmüddətli sayaraq yanlış hesab quranlar belə səhvə yol verməsinlər. Çünki üçtərəfli Bəyanatda hər bir məsələ konkret vaxt göstərilməklə açıq şəkildə qeyd edilib. Xüsusi diqqət çəkən üçüncü məsələ ilə əlaqədar obyektiv təsbit və dəyərləndirmə ondan ibarət idi ki, erməni xalqı və hakimiyyəti artıq məğlubiyyəti qəbul edib. Bu qənaətin əsas mənbəyi odur ki, 20 iyun seçkilərində emənilərin 54 faizi məğlub ali baş komandanlarına səs verərək onu yenidən lider seçiblər. Bu həqiqətin bir qədər yumşaq ifadəsi odur ki, ermənilər yeni reallığı qəbul edir və sülhə məhkum edildiklərini anlayırlar, ancaq təəssüf ki, yenə də kimlərsə erməniləri özlərinin imperialist məqsədləri naminə yeni avantüraya sürükləmək istəyirlər.
Növbəti ismarıc da çox konket idi. Azərbaycan 44 günlük müharibədən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırdır. Biz ləyaqətli müharibə apardıq və hərbi cinayətə yol vermədik. Azərbaycan sülh istəyir. Sülhə gedən yol isə Zəngəzur dəhlizindən, silahsızlaşdırılmış, itaətkar və Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə hazır olan, hansısa missiyanın himayəsində yox, Azərbaycan dövlətinin və qanunlarının himayəsində yaşayan erməni icmasından və Ermənistan tərəfindən tanınan Azərbaycan sərhədlərindən keçir.
Abbasova Fərqanə, 72 saylı məktəb-liseyin direktoru