Milli dəyərlərimizə sadiq qalmaqla ana dilimizin, mənəviyyatımızın, mədəniyyətimizin ən etibarlı dayağı olan qadınlarımız ilin bir günü deyil, hər günü diqqət mərkəzində olmalı, hörmət edilməlidir. Keçmişimizin unudulmaz səhifələrindəki ləyaqətini, müdrikliyin daşıyıcısı olan müasir Azərbaycan xanımları dərin düşüncə tərzi və daxili potensialı ilə bu gün də öz sözünü deyir.
Ulu Öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrində qadınlara xüsusi diqqət ayırması, qadın şəxsiyyətinə olan böyük hörmətdən irəli gəldiyini əminliklə deyə bilərik.
Tarix boyu Azərbaycan qadını ana şərəfini uca tutaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, lazım gələrsə döyüş meydanlarında da şücaət göstərmişdir.
Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə Azərbaycan qadınının beynəlxalq aləmdə ən gözəl tərənnümüdür.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi qadınlar cəmiyyətindəki rolunu artırmışdır. Qadınlarımız fəal həyat tərzi ilə bütün sahələrdə kişilərlə çiyin-çiyinə fəaliyyət göstərir. Belə ki, qadınlarımızın ordu, dövlət quruculuğundakı fəaliyyətləri qürur mənbəyidir. Bundan əlavə qadınlarımızın elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdəki fəaliyyətləri insanı qürurlandırmaya bilmir. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı, qadınlarla bağlı bir çox qanunların qəbul edilməsi, fərman və sərəncamların imzalanması dövlətimizin ayrılmaz tərkib hissəsidir.
8 Mart Beynəlxalq Qadınlar gününün ölkəmizdə rəsmi bayram kimi qeyd olunması və bayram ərəfəsində bir qrup Azərbaycan qadının mükafatlandırılması, onlara fəxri adların verilməsi Azərbaycan qadınına verilən dəyərin baris nümunəsidir.
Cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını əminəm ki, bundan sonra da ölkəmizin inkişafı, parlaq gələcəyi naminə öz tövhəsini verəcəkdir.
Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət nəticəsində yüksək qiymətləndirilir.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili müəllimi Günel Bağırova