Hər il “8 Mart-Beynəlxalq Qadınlar Günü” ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Azərbaycan qadını-bu gün fədakar ana, gözəl xanım, qayğıkeş bacı, fəxarət hissi oyadan övlad olmaqla yanaşı istehsalatda, dövlət müəssisələrində, ölkənin quruculuq işlərində, ictimai-siyasi arenada, dövlətin idarəolunma prosesində iştirak edən bir qüvvədir. Ümummili lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyət ilə ölkədə həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.
Kökü ta qədim Azərbaycandan qaynaqlanan, bu gün də öz qeyrətli, sədaqəti, şücaəti ilə dünyaya səs salan Azərbaycan Qadını fəal vətəndaşlıq mövqeyini nümayiş etdirir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəsisələrində, hərbi tibb ocaqlarında yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Doğma torpaqlarımızın bir qisminin işğaldan azad olduğu bir dövürdə gənc nəslin vətənpəvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyır. II Qarbağ müharibəsində əsgərlərlə çiyin-çiyinə savaşan qadınlarımız da az olmadı. Kişi qeyrətli analar, bacılar, gəlinlər öz şəhidini çiynində daşıdı son mənzilə. Bu gün də “Vətən sağ olsun!” deyib dağ tək məğrur dayanan Şəhid Anaları, Şəhid bacıları, Şəhid xanımları öz təmkini, səbri ilə bir örnəkdir xalqa.
Hətta 1998-ci il 25 sentyabr tarixindən tutmuş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasəti tarixinə bir təkandır.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əliyeva