Şumerdə Urukaqina adlı bir nəfər kral oldu.İlk işi sosial islahatlar keçirmək oldu.Sosial islahatlarda əsas məqsədi heyvan kimi davranılan qadınları dəyərli etmək oldu.E.ə 2351-e.ə 2342-ci illərdə keçirilən islahatlarında Urukaqina qadınlara kişilərlə eyni hüquqlar verirdi.Bir qadın artıq bir kişi kimi öz malından istifadə edə biləcək,hətta qadının öz ərindən boşanma və qalib gələrsə təzminat alma haqqı belə vardı. “Urukaqina qanunları” adlanan bu qanunlardan sonra artıq qadın haqları dünyanın hər bir tərəfinə yayılmağa,qadın dəyər qazanmağa başladı.
Azərbaycan Bayandurlu tayfasının bəyi olan Əli bəyin həyat yoldaşı Sara xatunun apardığı diplomatik fəaliyyətlər və Şərqdə ilk diplomat qadın olaraq bilinməsi,o zaman belə ölkəmizdə qadınlara verilən dəyərin bir başqa nümunəsi.Bir kəndxuda qızının aldığı təhsil və göstərdiyi əzmkarlıqla yüksəldiyi məqama baxın.O zaman belə bizim ölkədə qadına dəyər verilib,müqəddəs sayılıb.
Bunca nümunələr varkən,Qərbdən nümunələr gətirmək bizə yaraşmaz...
Şərqdə qadını ucaldan da Azərbaycan oldu. Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu.
Təkcə siyasətimizdə mi qadınlar Şərqdə ilk olub ? Əlbəttə ki, xeyr.Mədəniyyətimizlə də Şərqə ilk töhfəni biz vermişik.
1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR KP MK-nın I katibi seçildikdən sonra Azərbaycan qadınların yüksək məsuliyyətli ictimai işlərə cəlb olunduğunu görə bilərik.
Şəfiqə Axundova adlı bəstəkar qadın 1972-ci ildə “Gəlin qayası” adlı bir opera yazdı.Şərqdə bu bir ilk idi.Şərqdə ilk operanı azərbaycanlı bu xanım yazdı.Hər şeyin əvvəlində dəyər var,sonra da təhsil.Qadınlara verdiyimiz öncə dəyər,ardınca da təhsillə Şərqdə ilkləri biz azərbaycanlılar etdik.Rus əsarəti belə ilklərə imza atmağımıza mane olmadı.
Müstəqillik qazandıq,ilk illər çətin keçdi,amma bunların da öhdəsindən gəldik.1995-ci ildə qəbul edilən Konstitusiyamızda 1918-ci ildə qadına verdiyimiz dəyər,eynilə bu hüquqi sənəddə də öz əksini tapdı.Ulu öndər Heydər Əliyev respublika prezidenti seçildikdən heç 2il keçməmiş Azərbaycan 1995-ci ildən "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasına üzv qəbul edildi və bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq etdi.1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Daha sonra, 2000-ci ildə qadın siyasəti və buna diqqətin artırılması ilə bağlı imzalanan Fərman ölkəmizdə qadınlara dövlət qayğısının bariz sübutu sayılmalıdır. Burada, ictimai və siyasi həyatda qadınların irəli çəkilməsi, qadın sahibkarlığı, qadınlara qarşı zorakılıq, qadın alveri, qaçqın və məcburi köçkün qadınların məşğulluğu, gender amilinin dövlət siyasətinin bütün istiqamətlərinə daxil edilməsi məsələləri öz əksini tapıb. Bunun nəticəsində dövlət idarəçiliyinin yüksək pillələrində qadınların təmsilçiliyi daha da artıb, təhsil, səhiyyə və mədəniyyət sahələrində isə qadınlar əhəmiyyətli dərəcədə üstünlük təşkil edir. Qadınlara verilən diqqət və qayğı prezident İlham Əliyevin dövründə də uğurlu şəkildə davam etdirilir. “Gender
(kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu 2006-cı il 10 oktyabr tarixində qəbul olunmuşdur. Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsinə xidmət edir. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.Eyni zamanda mühüm vəzifələrə qadınların seçilməsi bunun başqa bir nümunəsi.Belə ki, Azərbaycanın I vitse-prezidenti (Mehriban Əliyeva), Milli Məclisin sədri (Sahibə Qafarova) kimi dövlət əhəmiyyətli vəzifələri qadınlar icra edir.Eyni zamanda qadın millət vəkillərinin sayında da xeyli artım olmuşdur.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
tarix müəllimi Həsən Xələfov