Mirzoyan: Türkiyə ilə razılaşma əldə etdik

Mirzoyan: Türkiyə ilə razılaşma əldə etdik Biz Ankarada ikitərəfli münasibətlərin bəzi məsələlərini müzakirə etdik və konkret razılaşmalar əldə etdik.

Bunu fevralın 16-da hökumətin iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfərinin yekunu barədə məlumat verərkən bəyan edib.

O qeyd edib ki, sərhədin açılması istiqamətində dialoq olub və gedən prosesləri sürətləndirmək qərarı var.

“Tarixi Ani körpüsünün bərpası üçün birlikdə çalışacağımız elan edildi. Həmçinin turizm mövsümü başlamazdan əvvəl Ermənistan-Türkiyə sərhədi boyunca üçüncü ölkə vətəndaşları üçün maneəsiz gediş-gəlişin yaradılması nəzərdə tutulur”, - deyə Mirzoyan bildirib.

Oxşar xəbərlər