Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in Mətbuat xidməti yayıb.
Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün mayın 12-13-ü Düşənbədə səfərdə olacaq.
Xatırladaq ki, mayın 12-si xarici işlər naziri Ceyhun Bayramov sözügedən iclasda iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb.