Təməli qoyulan stansiya ölkəmiz üçün və eləcə də tərəfdaşlarımız üçün uğurlu olacaqdır

Təməli qoyulan stansiya ölkəmiz üçün və eləcə də tərəfdaşlarımız üçün uğurlu olacaqdır


Fevralın 13-də Bakıda Gülüstan sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İES-nın təməlqoyma mərasimi keçirilmişdir. Mərasimidə çıxış edən Cənab Prezident İlham Əliyev bildirib ki, stansiyanın işə salınması ilə ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Stansiyanın Mingəçevirdə tikilməsi isə təsadüfi seçim deyil məhz bu şəhər ölkənin digər regionları ilə əlaqələndirilmiş və yüksək inkişaf etmiş enerji infrastrukturuna malikdir.
Əlavə etmək yerinə düşər ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır. Bu isə ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət olunmasına şərait yaradacaq. Dövlətimizin başçısı qeyd edib ki, stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də ilk növbədə bu məqsədi güdür.
Təqdirəlayiq haldır ki, stansiyanın tikinti xərclərinin 60 faizi “Azərenerji” ASC-nin daxili vəsaiti hesabına maliyyələşdiriləcək, qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Yüksək səmərəlilik sayəsində bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq. Stansiyanın 2025-ci ildə Mingəçevir şəhərində açılışı nəzərdə tutulub. Ümidvarıq ki, təməli qoyulacaq stansiya ölkəmiz üçün və eləcə də tərəfdaşlarımız üçün uğurlu olacaqdır.

Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev



Oxşar xəbərlər