Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri özü də yalnız iki ölkə arasında ikitərəfli münasibətlər kontekstində şərh olunmamalıdır. Prosesin əsl mahiyyətini araşdırmaq üçün Yaxın və Orta Şərqdə, o cümlədən Qafqazdakı geosiyasi situasiya və ölkələrimizin bu proseslərdə rolu ayrı-ayrılıqda təhlil olunmalıdır. Prezident İlham Əliyevin təbiri ilə desək, Azərbaycan artıq bölgənin siyasi gündəmini müəyyən edən dövlətdir. Birləşmiş Ərəb Əmirlikləri isə son 30 ildə imkanlarını artırmaqda olsa da, xüsusən Ərəb baharı dalğasından sonra bütövlükdə Yaxın və Orta Şərqin aparıcı güclərindən birinə çevrilib.
İstər yaşıl enerji, istər müasir innovasiyalar məkanına çevrilməkdə olan BƏƏ-nin mövcud siyasi kursu əmindir ki, Azərbaycanın milli maraqlarını istisna etməyən istənilən regional məsələdə məhz Prezident İlham Əliyevə güvənmək olar və onun baxışları ilə hesablaşmaq tam etibarlıdır.
BƏƏ ilə ticarət əlaqələrimiz artır və son illər turizm sahəsində geniş imkanlarımız var və əlaqələrimizin böyük perspektivi var. Ümumiyyətlə bu ilin ilk ayından ölkəmizdə energetika sahəsində çox uğurlu addımlar atılıbdır. Bildiyimiz kimi yanvar ayında ölkəmizdə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevralda “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır.
Bütün bunlar sözsüz ki, Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır. Bu isə Azərbaycanı nəinki xam neft, neft məhsulları və təbii qaz, eləcə də, elektrik enerjisinin böyük istehsalçı və ixracatçı ölkələr sırasına daxil edir. Əminik ki, İnşallah Azərbaycan Avropanın neft və qaz təchizatçılarından biri kimi, həm də alternativ və bərpaolunan enerji təchizatçılarından biri olacaqdır.
Yeni dünya düzəninə hazırlıq üzrə ən yaxşı müstəvilərdən olan Dayanıqlılıq Həftəsində ev sahibi üçün yeni tendensiyaların önündə gələn etibarlı Azərbaycandan daha uyğun və daha adekvat ikinci tərəfdaş tapmaq mümkün deyildi. Üstəlik Azərbaycan BƏƏ-də yalnız bəyanatlarla kifayətlənmədi, yeni dünya düzəni, yaşıl enerji ekosistemi üzrə çox mühüm razılaşmalar əldə olundu.
Alidə Aslanova - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi