Ermənistan prezidenti: Müttəfiqlərdən gözləntilər özünü doğrultmadı

Ermənistan prezidenti: Müttəfiqlərdən gözləntilər özünü doğrultmadı Ermənistanla Rusiya arasında münasibətlər strateji səviyyədədir və Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır, lakin son vaxtlar problemlər yaranıb.

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Estoniyada bəyan edib.
“Bundan əvvəl Azərbaycan Qarabağda hər hansı hərbi əməliyyata əl atdı, biz heç bir ölkəyə müraciət edə bilmədik. Mən nə Rusiyanı, nə də KTMT üzvlərini nəzərdə tuturam, çünki o əməliyyatlar Ermənistan ərazisində deyildi. Ancaq 13 sentyabrda həm KTMT-yə üzv ölkələrin, həm də Rusiyanın bizə hərbi yardım etməsini və siyasi bəyanatlar verməsini gözləyirdik. İndiyə qədər heç biri baş verməyib” – Xaçaturyan deyib.
Ətraflı

O əlavə edib ki, bizim nəticə verməli olan gözləntilərimiz var idi, lakin müəyyən mənada bu gözləntilər tam olaraq özünü doğrultmadı. Xaçaturyan qeyd edib ki, danışıqlar davam etdiriləcək və nəticədə Ermənistan öz mövqeyini açıq şəkildə bəyan edəcək: “Heç də hər şey dəyişməz qalmır, zaman keçdikcə bəzi dəyişikliklərə ehtiyac yaranır”.

Oxşar xəbərlər