Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin etdi

Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin etdi

Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.
Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin etdi. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülmüş ən əsas işlərdən biri və bu gün nəinki Azərbaycanda, eləcə də dünyada neft strategiyasının və siyasətinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. "Əsrin müqaviləsi” üzrə müvəffəqiyyətlə həyata keçirilmiş işlərdən sonra 1997-ci ilin noyabrında “Çıraq” yatağının ilk quyusundan, sonrakı illərdə “Mərkəzi Azəri” yatağından neft, “Şahdəniz” və “Günəşli” yataqlarından qaz hasil olunmuş, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri istismara verilmiş və ölkəmiz neftlə yanaşı, qazın da ixracatçısına çevrilmişdir. Bunlarla yanaşı, elektroenergetika sahəsinin də inkişafı ilə bağlı icra olunmuş nəhəng layihələr nəticəsində Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı tərəfdaşa çevrilmişdir.
Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir.
Heydər Əliyev həyatı böyuk qurucusu olduğu Azərbaycanın tarixi məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Heydər Əliyev həyatı boyu qurucusu olduğu Azərbaycanın tarixi məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Dünya miqyaslı siyasətçi Heydər Əliyevin məkəmməl dövlət fəaliyyəti və mənalı həyatı hər birimiz üçün müdriklik məbədidir. Arzu edirəm ki, müasir gənclik dahi şəxsiyyətin zəngin irsindən və bəşəri ideyalarından bəhrələnib, müstəqil Azərbaycanın gələcəyi naminə Heydər Əliyev yoluna daim sadiq olsunlar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərimizin ən böyük arzusunu və vəsiyyətini də şərəflə yerinə yetirdi. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu dəmir yumruğu ilə məhv etdi, düşməni qarşısında diz çökdürərək kapitulyasiya aktını imzalatdırdı! İndi isə Qarabağın bərpası, dirçəldilməsi prosesi sürətlə davam edir. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyəti ürəkaçandır. Onun Şuşada Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırdığı layihələr qürur və sevinc doğurur. Şəhərlərin baş planları tərtib olunur, yeni, bir-birindən maraqlı layihələr reallaşdırılır. Şuşaya, Laçına, Kəlbəcərə yeni yollar çəkilir, dəmir yolu xətləri təzədən salınır. Kənd təsərrüfatının dirçəldilməsi, sənaye parklarının tikintisi diqqət mərkəzindədir. Kəndlinin bol suvarma suyu ilə təminatı üçün yeni su anbarları yaradılır, köhnələri təmir olunur, təzə kanallar çəkilir, artezian quyuları qazılır. Müasir tipli, "ağıllı" kənd və qəsəbələrin yaradılması da diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı hamının dilinin əzbəridir və hər birimizin qəlbini qürur hissi ilə doldurur: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" Ümummilli Liderimiz təkcə Azərbaycanlı olması ilə fəxr etmirdi. O, Azərbaycanı bütün varlığı ilə sevir, onun yüksəlişi, qüdrətlənməsi, dünyada nüfuzunun artması və müstəqilliyinin əbədiliyə çevrilməsi üçün mümkün olanları edirdi. Ulu Öndərimiz Azərbaycanı azad və müstəqil görmək istəyirdi. Ulu Öndərimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istəyirdi. Ulu Öndərimiz Azərbaycanı müasir, demokratik, gözəl, abad ölkə kimi görmək istəyirdi.
Ulu Öndərimiz Azərbaycan vətəndaşlarının xoşbəxt, firəvan, alnıaçıq və üzügülər yaşamasını istəyirdi. Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev bütün bu istək və arzuları gerçəkliyə çevirdi. Azərbaycanı Cənubi Qafqazın ən güclü dövləti etdi. Azərbaycanın dünyada nüfuzunu qat-qat artırdı. Qüdrətli ordu yaratdı, ərazi bütövlüyümüzün bərpasına nail oldu. Bu gün isə Azərbaycanı Zəfər yolu ilə dayanmadan irəli aparır!..


Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
direktoru Səbahət Ağayeva

Oxşar xəbərlər