Laçın

Laçın
Azərbaycan Respublikasının ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər orumuzun 44 günlük müharibədə parlaq qələbəsi nəticəsində azad olunun rayonlardan biri də Laşın rayonudur. Respublikanın cənub-qərbində yerləşən Laçın rayonu erməni qəsbkarları tərəfindən işğal olunana qədər bir şəhər, bir qəsəbə, 125 kənddən ibarət olmuşdur. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir.Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə görə, bölgə Şimali Azərbaycanın tərkibində Rusiya imperiyasına qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı və Qacar dövlətindən ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. 1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi 0 əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın- Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı və məhv etdi.
Sovet dövründə ermənilər dəfələrlə bu torpaqları müxtəlif yollarla ələ keçirməyə uğursuz cəhdlər edirlər. Birinci Qarabağ müharibəsi başlayanda erməni işğalçıları Laçına hücum edir. 1992-ci iln 16 mayında erməni qüvvələri Turşsu kəndini, həmçinin Kirs və Sarıbaba yüksəkliklərini ələ keçirdi. Erməni qüvvələri 18 mayda Laçına daxil oldu və şəhər müqavimətsiz işğal edildi. Ermənilər Laçını işğal etdikdən sonra onu talan və məhv edir, Laçın dəhlizi ərazisində yerləşən yaşayış məntəqələrini yandırır. Laçın şəhərinin təqribən 7,800 nəfərdən ibarət sakini qaçqın düşür. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edili. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılır. Laçın 30 ilə qədər erməni işğalı altında viranəyə şevrilir.
İkinci Qarabağ müharibəsi başa çatandan az sonra 01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrildi. Müharibədən sonra Azərbaycan prezidentinin azad olunan ərazilərə müntəzəm səfərləri xoş ənənəyə şevrildi. Prezident İlham Əliyevin 2022- ci il 26 iyunda baş tutan Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri də ölkə əhalisi tərəfindən razılıqla qarşılandı. 2022-ci ilin sentyabr ayında Laçın şəhərində Azərbaycan bayrağı qaldırıldı. Hazırda Laçında böyük quruculuq-abadlıq işləri görülür. Buna misal olaraq Laşın Beynəlxalq Hava limanının, Kəlbəcər-Laçın avtomobil yolunun,Həkərçay su anbarının, Qorçu elektrik stansiyasını və s. göstərmək olar. Əhali bütün bunları böyük ruh yüksəkliyi ilə izləyir və dəyərləndirir.

Zabrat qəsəbəsi, X.Vəliyev adına 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov


Oxşar xəbərlər