Taksimdəki partlayışda qadın bombanı belə yerləşdiribmiş - Yeni GÖRÜNTÜLƏR

Taksimdəki partlayışda qadın bombanı belə yerləşdiribmiş - Yeni GÖRÜNTÜLƏR Terror təşkilatı PKK/YPG-nin Taksimdə İstiqlal küçəsində həyata keçirdiyi hücumla bağlı terrorçunun yeni görüntüləri üzə çıxıb.

“TRT Haber” xəbər verir ki, bomba yerləşdirən şübhəli qadının gəliş-gediş marşrutlarını qeydə alan 1200 təhlükəsizlik kamerası görüntüləri araşdırılıb.

Görüntülərdə qadının əvvəlcə Taksim meydanına doğru hərəkət etdiyi, mağazalardan birinin qarşısında skamekaya oturduğu, daha sonra isə bel çantasını orada qoyaraq ərazidən yeriyərək uzaqlaşması öz əksini tapıb.
Görüntülərdən həmçinin qadının partlayışdan dərhal sonra qaçmağa başladığı görünür.

Qeyd edək ki, sözügedən terror aktı nəticəsində 6 nəfər ölüb, 80-dən çox şəxs yaralanıb.

Həmin görüntüləri təqdim edirik:


Oxşar xəbərlər