Yeni il gecəsi İstanbulun "Reina" klubunda 39 nəfəri qətlə yetirən terrorçu həbs edilib
Ölkə.Az xəbər verir ki, terrorçu ilk ifadəsini verib. İfadədə hədəfinin Taksim olduğunu, güclü təhlükəsizlik tədbirləri səbəbindən Rakkadan əmr aldığı adamdan "Reina" klubunu soruşub. Rakkadan əmr verən şəxs isə bu fikirlə razılaşıb.
Əfqanıstanda "Əl-Qaidə" düşərgələrində təlim aldıqdan sonra İŞİD-ə keçən terrorçu hədəfi necə seçdiyini anladıb.
"Reina" qatilinin ifadəsi: "Keçən ilin yanvar ayında Suriyadakı savaşda iştirak etmək üçün təlimat aldım və İrandan keçərək Türkiyəyə gəldim. Konyaya yerləşdim. Konyada yaşadığım müddətdə Rakkadan təlimat gəldi. Yeni il gecəsi Taksim meydanında terror aktı törətmək üçün təlimat verdilər. Əvvəlcə Taksimdə kəşfiyyat apardım və görüntüləri Rakkaya göndərdim. Yeni il gecəsi Taksim meydanında güclü təhlükəsizlik tədbirləri alınmışdı. Aktı törətmək mümkün olmayacaqdı. Mənə təlimat verən şəxslə əlaqə qurdum. O, mənə ərazidə yeni hədəf axtarmaq təlimatı verdi. Mən də taksiyə minərək sahilboyu gəzdim. "Reina" klubu terror üçün uyğun görünürdü. Güclü təhlükəsizlik tədbirləri alınmamışdı. Vəziyyəti təlimat aldığım şəxsə xəbər verdim. O da mənimlə razılaşdı. Mən taksi ilə Zeytinburnuna gəldim. Yaşadığım evdən silahımı götürərək "Reina"ya gəldim və terror aktını törətdim".
Terrordan sonra taksiyə minərək ərazidən qaçan terrorçu bir uyğur restoranında işləyən dostlarından taksi pulu götürüb.
Səhərisi gün Başakşehirə gedib və burada qruplaşmaya aid bir evdə olan iki nəfərlə Esenyurta qaçıb. Burada isə polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.