Ağdam rayonu işğaldan azad olunandan sonra rayonun ərzində böyük quruculuq, abadlıq işləri aparıllır

Ağdam rayonu işğaldan azad olunandan sonra rayonun ərzində böyük quruculuq, abadlıq işləri aparıllır
Bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. I Qarabağ müharibəsi zamanı işğal olunan rayonlar arasında əhalisinin sayına görə ən böyük rayonumuz Ağdam rayonudur. Əlverişli mövqeyə malik olan rayon Qarabağın mərkəzində yerləşir. Erməni işğalından əvvəl burada 143 min insan yaşayırdı. Rayonun 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi olub. Ağdam rayonu Birinci Qarabağ müharibəsi zamanı “Qəhrəman rayon” adını alıb. Ağdamın 6570 nəfər şəhidi, 16 nəfər Milli Qəhrəmanı, 4950 nəfər qazisi olub. Hətta I Qarabağ Müharibəsinin ilk şəhidləri olan Əli Hacıyev və Bəxtiyar Quliyev də bu ərazidən olub. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdamın böyük hissəsi işğal edilmişdir.
Mənfur düşmənlərimiz Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış faktlar Ermənistana daşınmışdır. Onlar nəinki Ağdamda olan evləri dağıdıblar, hətta dağıdılan evlərin daşlarını belə Ermənistana aparıblar. Bu fakt bir daha ermənilərin necə vandal və barbar millət olduğunu sübut edir. Ağdam rayonunun mədəni abidələri talan edilmiş, bütün infrastruktur məhv edilmişdir.
Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Əfsuslar olsun ki, bu rəqəm hər həftə artır.
Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik. Beləliklə, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir.
İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi.
Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.
Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var. Çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Bu, bir daha bizim mövqeyimizi sübut edir və göstərir ki, bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik.
Ağdam rayonu işğaldan azad olunandan sonra rayonun ərzində böyük quruculuq, abadlıq işləri aparılmışdır. Quruculuq işlərinə ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “ URAL Mühendislik ” şirkətləri cəlb olunub. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.
Ağdamda bundan sonra da bərpa işləri davam edəcək və bu ərazinin əvvəlki əzəməti yenidən bərpa olunacaqdır.

Bakıxanov qəsəbəsi,74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Məlahət Məmmədova


Oxşar xəbərlər