Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olanlardan biri də Milli Məclisin deputatı, Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin qohumu, DSX zabiti Fərid Möhbalıdır.S.Möhbalıyev Fəxri Xiyabanda İctimai TV-yə açıqlamasında deyib ki, Fərid ailədən 5-ci şəhiddir: "Fərid Vətən uğrunda şəhid olub. Bu bizim ailədən 5-ci şəhiddir. Fərid və qardaşı 44 günlük müharibədə də iştirak edib".