Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Əməliyyat işləri üzrə rəis müavini polkovnik-leytenant Vüsal Mirzəzadə vəzifəsindən azad edilərək Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Şəxsi heyətlə iş üzrə rəis köməkçisi təyin olunub.

Onun yerinə Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə isə polis mayoru Nəsirəddin Orucov təyinat alıb.

Oxşar xəbərlər