DAŞKƏSƏN RAYONU GÜRCÜSTANIN DMANİSİ RAYONU İLƏ QARDAŞLAŞIB

DAŞKƏSƏN RAYONU GÜRCÜSTANIN DMANİSİ RAYONU İLƏ QARDAŞLAŞIB İyulun 13-də Gürcüstanın Kvemo-Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin inzibati binasında hörmətli İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun rəhbərliyi və Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin iştirakı ilə keçirilən görüşdə hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyi vurğulanıb.

Görüşdə Gürcüstanın Kvemo-Kartli regionunun və ölkəmizin bölgələri arasında, o cümlədən Daşkəsən rayonu ilə Dmanisi rayonunun qardaşlaşması haqqında saziş imzalanıb. İki ölkə arasında uzunmüddətli dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanaraq qardaşlaşma haqqında sazişi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və Dmanisi rayonunun meri Koba Muradaşvili imzalayıblar. Sənəd Azərbaycan, gürcü və ingilis dillərində hazırlanıb.

Sənəddə nəqliyyat, İKT, mədəniyyət, turizm, sahibkarlıq, şəhər planlaşdırması, enerji səmərəliliyi, gənclər və idman, tullantıların idarə olunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. məsələlər əks olunub.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏN RAYONU GÜRCÜSTANIN DMANİSİ RAYONU İLƏ QARDAŞLAŞIB

Oxşar xəbərlər