Rusiyanın Ukraynadan oğurladığı taxılın daşımasını ermənilər həyata keçirir.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Obozrevatel” nəşri yazır.
Nəşr qeyd edir ki, işğal olunmuş ərazilərdən Ukrayna taxılının oğurlanması və Rusiyaya aparılması işini bir qrup həyata keçirir:
“Onlar “Rostov erməniləri”dir. Yük maşınları Ukrayna mallarını birbaşa Rusiyanın Rostov və Krasnodar vilayətlərinə aparır”.
Ukraynalı jurnalistlər taxılın oğurlanması işini araşdıranda erməni şəbəkəsini ifşa ediblər. Kənd təsərrüfatı üzrə ixtisaslaşmış “Latifundist” nəşrinin baş redaktoru Konstantin Tkaçenko bildirir ki, onlar taxılın daşınmasında iştirak etmək adı ilə Rusiyadakı “həmkarları” ilə əlaqə saxlayıb və söhbətlər zamanı məlum olub ki, bu işin başında “Rutratranstorq” adlı şirkət dayanır.
Şirkətin koordinatoru Artur Əzizyan adlı ermənidir. Ukraynalı jurnalistlər “logistik şirkət” adı ilə daşınma işində iştirak etmək istədiklərini bildirib. Danışıq belə olub ki, yüklər Poloqi şəhərindən (Zaporojye vilayəti) Krımın girişindəki Armyanska aparılmalıdır. Əzizyanın hesablamlarına görə, daşıma üçün 5-10 yük maşını lazımdır, o, yük daşıyanlara bir ton taxıl üçün 2500 rubl təklif edib.
Sürücülərin keçid məntəqələrindən necə keçəcəkləri və hansı sənədlərin lazım olduğunu soruşduqda cavabı belə olub:
“Sürücülərin sənədlərini mənə göndərin, vəssalam. Mən keçidi təmin edəcəm”.
Əzizyan əmin edib ki, taxılın Rusiyaya aparılması üçün heç bir lisenziyaya, yaxud əlavə sənədə ehtiyac yoxdur.
“Rutratranstorq” şirkəti 2 mart 2022-ci ildə Krasnodarda qeydiyyatdan keçib, sahibi Rostov sakini Marina Trubnikovadır. Ukraynalı jurnalistlər ehtimal edir ki, bu şirkət məhz Ukrayna taxılının oğurlanması işini həyata keçirmək üçün qurulub. Trubnikovanın daşıma işi ilə məşğul olan “Miroyan” adlı şirkəti də var.
Konstantin Tkaçenko deyir ki, işğal olunmuş Xersonda hər rusiyalı ticarətlə məşğul ola bilməz.
“Yerli fermerlərin sözlərinə görə, bu ərazi “Rostov ermənilərinə” verilib. Onlara “Don erməniləri, yaxud “Azov erməniləri” də deyirlər. Onlar vaxtilə Krımdan Dona aparılan və orada yerləşdirilən ermənilərin nəslidir”, - ukraynalı jurnalist bildirir.