Videoformatda müzakirələrin keçirilməsi silsilə konfransların davamıdır

Videoformatda müzakirələrin keçirilməsi silsilə konfransların davamıdır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrin keçirilməsi II Qarabağ müharibəsindən sonra keçirilən silsilə konfransların davamıdır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi videokonfransda bir sıra mühüm mesajlar verdi. Əslində, bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi. Nəzərə almaq lazımdır ki, 9 il əvvəl bu beynəlxalq mərkəz yaradılarkən onun əsas missiyalarından biri kimi, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, mill-multikultural dəyərlərinin, sülhün və ədalətin təbliğ edilməsi və Qarabağ həqiqiətlərinin dünyaya çatdırılması müəyyənləşdirilmişdi. 30 il çəkən işğal faktı səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistanın müstəqilliyi qazandığı zaman ilə müqayisədə vəziyyəti daha ağırdır. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb. Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb işğaldır. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri və daha çox imkanları olardı. Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Onlar gələcək haqqında düşünmürlər. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır.

İsmayılova Gülarə, 107 saylı orta məktəbin psixoloqu

Oxşar xəbərlər