Mirfəyyaz Nağıyev: Müstəqilliyimizin qorunub saxlanması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Mirfəyyaz Nağıyev: Müstəqilliyimizin qorunub saxlanması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır "MSDIS Holdinq"in Baş Direktoru Mirfəyyaz Nağıyev - Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, təməllərinin möhkəmləndirilməsi, inkişafı, tərəqqisi, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi əvəzsiz xidmətləri, qətiyyətli fədakarlığı, dönməz mübarizliyi barədə danışmaq yetərsizdir. Çünki Ulu Öndərin atdığı hər bir tarixi addımı bilavasitə bir amala - Azərbaycan dövlətinin və xalqının müstəqillik məfkurəsinin yaradılmasına yönəlmişdi. Əbəs deyil ki, bu dahi Şəxsiyyət Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib və biz, bu tarixi məqamların təhlilini apardıqca, hər dəfə yeni şərəf səhifəsini açmış oluruq.
Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı demək olar ki, müqəddəratı həll olunmuş xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz bu dahi Şəxsiyyət – Ulu Öndər Heydər Əliyev oldu. O zaman Ümummilli Liderimiz Moskvada, Kremldə xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri ən sərt şəkildə ittiham etdi, qoşunların Bakıdan çıxarılması tələbini irəli sürərək, bütün dünyaya qanlı yanvar olayları ilə bağlı səs saldı.
Ulu öndər Heydər Əliyev sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də Ulu Öndər Vətənə qayıtmaq istəyirdi. Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 22-də doğma torpağa gəlişi ilə insanların sabaha inamını özlərinə qaytardı, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Məhz Naxçıvanda bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı – Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və məhz Naxçıvanda üçrəngli bayrağımız dövlət rəmzi olaraq qəbul olundu. Ümumiyyətlə, Heydər Əliyevin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrildi.
Lakin 1993-cü ilə qədər baş verənlərə qayıdsaq, daha dəqiq desək, SSRİ qoşunları Bakıdan çıxarıldıqdan sonra, 1991-ci ilin oktyabrında müstəqillik aktının qəbul olunmasının təhlilini apararsaq, bu dövrə qədər keçilmiş yolun nə qədər əziyyətli, məşəqqətli olduğunu görərik. Çünki əldə edilən müstəqilliyi qoruyub-saxlamaq faktoru həmin dövlərdə ölkəyə rəhbərlik edən hakimiyyətlər tərəfindən ciddiyə alınmamışdı. Xalqımızın uzun illə həsrətində olduğu müstəqilliyi elə ilk illərdəcə çox böyük çətinliklərə, bəlalara düçar oldu. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki naşı hakimiyyətin siyasi səriştəsizliyi müstəqilliyimizi yenidən itirmə təhlükəsi ilə qarşı-qarşısıya qoydu, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratdı.
Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. “HEYDƏR XALQ-XALQ HEYDƏR!” tarixi şüarı də məhz o məqamlarda Azərbaycan xalqının birmənalı şüarına çevrildi. Nəticədə bu şüar bir reallığa çevrildi və onun qarşısının alınmasına yönəlmiş bütün cəhdlər darmadağın edildi - 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin Naxşıvandan Bakıya gələrək, yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində çətin işləri həyata keçirməyə başladı və bütün bunlar əməli şəkildə reallaşdırıldı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı. Məhz bu siyasətin həyata keçirilməsi ilə dahi Şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.
Bu gün Ulu Öndərimiz Heydər Əliyevin əbədi ideyaları hər birimizin qəlbində yaşamaqdadır. Eyni zamanda, bu ideyalar məhz Onun layiqli davamçısı, siyasi varisi, Prezident cənab İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə və məqsədyönlü şəkildə davam etdirilməkdədir.

**********

Ümumilli lider, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Müasir Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla və müvəffəqqiyətlə davam etdirilən iqtisadi islahatlar Azərbaycanımızın bünövrəsini təşkil edir. Azərbaycan bazar iqtisadiyyatı yolunda inamla irəliləyir və sürətlə inkişaf etmiş dünyaya inteqrasiya edir. Ali Baş Komandan öz adını tarixə Qızıl hərflərlə yazan Cənab İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi səylərin nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün ciddi şəkildə dayanıqlı və əlverişli şərait yaranmışdır. Həmçinin, əlverişli investisiya mühiti, dövlətin sahibkarlığa yaratdığı geniş imkanlar, özəl sektora göstərilən qayğı ölkə iqtisadiyyatının inkişaf təməlinə çevrilmiş və dövlətin neft sektorundan asılılığını demək olar ki, aradan qaldırmışdır.

Təbii ki, “MSDIS Holdinq” də çiçəklənən və dayanıqlı Azərbaycan iqtisadiyyatının bir parçasına çevrilməyi, inkişaf templərinə təkan verməyi özünə əsas məqsəd seçmişdir. Biz holding olaraq, ölkə iqtisadiyyatında özəl sektorun inkişafının vacibliyini və əhalimizin rifah səviyyəsinin yüksəldilməsində üzərimizə düşən məsuliyyəti tam anlayırıq.

Fəaliyyətə başladığı qısa müddət ərzində “MSDIS Holding” də istehsalat, inşaat və yanacaqdoldurma sahələrində uğurlar əldə etmiş, müştərilərinə keyfiyyətli xidmət göstərmişdir. Holdingimizin inkişafının mərkəzində insan amili dayanıb. Əməkdaşlarımız, tərəfdaşlarımız və müştərilərimiz arasındakı qarşılıqlı hörmət, inam və komanda ruhu müvəffəqiyyətli işlərimizin təməlini təşkil edir.

“MSDIS Holdinq” rəhbərliyi olaraq bizə yaradılan şəraitə görə ölkə başçısı Cənab İlham Əliyev başda olmaqla dövlətimizə, eyni zamanda holdingimizin müvəffəqiyyətli nəticələr əldə etməsində ən vacib rol oynayan idarəçilərimizə, müştərilərimizə və əməkdaşlarımıza dərin təşəkkür edirəm.

Əminəm ki, “MSDIS Holdinq” bundan sonra da bütün dəyərlərinə sadiq qalacaq, daha böyük və uğurlu layihələr həyata keçirərək Asiya və Avropaya ixracatlar edərək Azərbaycan iqtisadiyyatının nə dərəcədə önəmli və əhəmiyyətli pay sahibi olduqunu yeni nailiyyətlərə imza atmaqla bütün Dünyaya tanıtdıracaq.

"MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir.

"MSDIS Holdinq"in əsas missiyası investisiya yatırdığı sahələrdə güclü strateji ortaqları ilə birlikdə uzunmüddətli inkişafa və böyük nəticələrə nail olmaq, keyfiyyətli məhsul və xidmət istehsal etmək, insan resurslarından səmərəli istifadə etmək, əməkdaşların peşə bacarıqlarını, maddi və sosial rifahını yüksəltməkdir.

Mirfəyyaz Nağıyev: Müstəqilliyimizin qorunub saxlanması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır


"MSDIS Holdinq"in əsas tezisi "İnsan dəyər üçün, dəyər insan üçün"dür!

"MSDIS Holdinq" qloballaşan və müasirləşən dünyanın bir parçası olan Azərbaycan iqtisasiyyatına və cəmiyyətinə investisiyası və məsuliyyətli korporativ vətəndaş kimliyi ilə töhfə vermək niyyətindədir.

"MSDIS Holdinq" ölkəmizdəki elmi-texniki tərəqqinin bir parçası olmağı, yeni inkişaf meyarları yaratmağı, bəşəri dəyərlərə, sosial və ekoloji məsələlərə məsuliyyətli yanaşmağı, fərqli və yenilikçi düşüncəyə dəyər verməyi özünə borc bilir.

DƏYƏRLƏRİMİZ

Ədalət və dürüsütlük

Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır. Biz əməkdaşlarımıza, müştərilərimizə və investorlarımıza qarşı ədalətli və dürüst olmağı özümüzə borc bilirik.

Hörmət və bərabərlik

Bütün əməkdaşlarımızın fikirlərini açıq və sərbəst ifadə etmək azadlığı var və biz onların düşüncə və fikirlərinə önəm veririk. Əməkdaşlarımız və peşə münasibətləri qurduğumuz insanlara qarşı din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq.

Məsuliyyətlilik

Holdingimiz səhmdarlarımız, partnyorlarımız, əməkdaşlarımız və müştərilərimiz qarşısında tam məsuliyyətlə çalışır. Hər bir əməkdaş öz vəzifə öhdəliklərini mənimsəyir, öz üzərinə düşən işi keyfiyyətli görməsində cavabdehlik hiss edir, uğurlu nəticənin əldə edilməsində aktiv iştirakçıya çevrilir.

Keyfiyyət və mükəmməllik

Bütün layihələrdə keyfiyyət və mükəmməllik başlıca meyardır. Bu, özünü gələcəyə baxışımızda, hədəflərimizdə, idarəetmədə, qərarların qəbulunda, gündəlik iş fəaliyyətində, müasir texnologiyaların və innovativ üsulların tətbiqində özünü büruzə verir.

Faydalılıq

Ölkə iqtisadiyyatına və cəmiyyətimizə faydalı olmaq, insanlarımızın etibarını qazanmaq üçün hər zaman səy göstərir, iqtisadi-sosial məsuliyyətmizi dərk edirik. Bütün qərarlarımızda gələcək nəsillər üçün mənəvi, mədəni və iqtisadi irs qoymağı hədəfləyirik.

Oxşar xəbərlər