General Putinin nə vaxt və necə “aradan götürülməsinin” planlarını açıqlayıb

General Putinin nə vaxt və necə “aradan götürülməsinin” planlarını açıqlayıb Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri hesab edir ki, Rusiya Federasiyasının Prezidentini zərərsizləşdirmək üçün terror aktı təşkil oluna bilər.

“Bu barədə xidmətin keçmiş rəhbəri Nikolya Malomuj “YouTube” kanalında çıxışı zamanı deyib.

“Gələcəkdə belə sui-qəsd cəhdi üçün hər hansı ilkin şərtlər varmı? Düşünürəm ki, var. Çünki Putinin ətrafının əksəriyyəti onun çox uzağa getdiyini və həm Putin üçün, həm də Rusiya üçün heç bir perspektivin olmadığını başa düşürlər. Amma ətrafı cavab verməli olacaq...”, – ekspert bildirib.

Onun sözlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin, həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərliyi Ukraynadakı müharibədə iştirak edir, faktiki olaraq hərbi cinayətlər törədirlər və Rusiya lideri ilə bərabər məsuliyyətə cəlb olunacaqlar.

“Aydındır ki, bu insanlar təhlükə yarada bilərlər”, - Malomuj əlavə edib.

Sabiq Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri əlavə edib ki, bir qrup şəxs prezidenti zərərsizləşdirmək üçün terror aktı törədə bilər.

“Bunlar ilkin şərtlərdir ki, terror aktı bir qrup şəxs tərəfindən törədilə bilər. Açıq-aşkar məğlubiyyət olduqda, Putin zəiflədikdə, o zaman buna müvafiq olaraq, vəziyyətdən real çıxış yolları axtarılacaq və hansısa şəkildə özlərinə haqq qazandırmağa çalışacaqlar. Məsələn, o zaman Putini zərərsizləşdirməklə bunu edə bilərlər. Və bu, əsl terror aktı da ola bilər”, - deyə keçmiş kəşfiyyatçı bildirib.

Oxşar xəbərlər