ABŞ-da Texasın cənubunda ibtidai məktəbdə baş verən atışmada 19-u uşaq olmaqla 21 nəfər həlak olub.
“Bu barədə Texas ştatının senatoru Roland Qutyerres “Texas Reyncers” agentliyinə məlumat verib.
Qubernator Qreq Abbott atışmadan bir neçə saat sonra mətbuat konfransında deyib ki, hadisə zamanı 14 məktəbli və bir müəllim həlak olub. Bununla belə, daha sonra senator Qutierrez Texas polisinə istinadən CNN-ə bildirib ki, ölənlərin sayı 21-ə yüksəlib və onlardan 19 uşaq, 2-si isə böyükdür.
Baş verən qətliamın motivləri hələ də məlum deyil.
Qubernator jurnalistlərə bildirib ki, qətliamda şübhəli bilinən 18 yaşlı Salvador Ramos məktəbə getməzdən əvvəl nənəsini güllələyib.
“O, dəhşətli və anlaşılmaz şəkildə şagirdləri və müəllimi güllələyərək öldürüb. Hücum edən Ramosun isə polislə atışmada öldürüldüyü bildirilir”, - Abbott bildirib.