Azərbaycan, Ermənistan və Fransa xarici işlər nazirlərinin görüşü olub

Azərbaycan, Ermənistan və Fransa xarici işlər nazirlərinin görüşü olub Fransanın xarici işlər naziri Jan-İv le Drian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Report xəbər verir ki, bu barədə Fransan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Öncə fransalı nazir həmkarlarını ayrı-ayrılıqda qəbul edib. Daha sonra görüş üç nazir arasında baş tutub.

Görüş zamanı Fransa diplomatiyasının rəhbəri ölkəsinin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşməsinə yardım etmək istəyini bir daha vurğulayıb.

Nazir həmkarları ilə siyasi səviyyədə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Oxşar xəbərlər