Azərbaycanın inkişaf strategiyası beynəlxalq arenada öz nüfuzu ilə tanınır. Hər sahədə uğuru ilə seçilən ölkəmiz idman sahəsində də həmişə öz sözünü deyə bilib. Bu gün Azərbaycan güləşçilərinin dünya və Avropa cempionatlarında uğurla çıxış etməsi də bunun bariz nümunəsidir. Belə ki, Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. Güləşçilərimiz 16 medal qazanaraq Azərbaycanın idman şöhrətini bir daha zirvəyə qaldırmışlar. Güləş bizdə ənənəvi idman növü hesab edilir. Ölkəmizdə milli güləşin tarixi daha qədimdir. Onun elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatımızda rast gəlmək olar. Azərbaycanın idman tarixini xronoloji ardıcılıqla izləmək, keçmiş SSRİ miqyasında qazanılan qələbələri araşdırmaq bu işin əyani sübutudur. Qeyd etmək lazımdır ki, SSRİ idmançıları ilk dəfə olaraq XV Olimpiya (1952-ci il, Finlandiya-Helsinki ) oyunlarında iştirak edərkən Azərbaycan idmançıları da həmin komandanın tərkibində ilk dəfə olaraq bu olimpiadaya qatılmış və ölkə idmançılarının qazandıqları nailiyyətlərdə onların da əməyi olmuşdur. Sovet idman heyətinin tərkibində Rəşid Məmmədbəyov (sərbəst güləş), İbrahimpaşa Dadaşov (sərbəst güləş) və Xandadaş Mədətov da (yüngül atletika) var idi. Helsinkidə ən yüksək nəticəni R.Məmmədbəyov göstərmiş və Olimpiadanın gümüş medalını qazanmışdır. Qazanılan bu qələbə bunu sübut edirdi ki, güclü nəsil yetişir, tarixi ənənə davam edirdi.
Cəmiyyət miqyasında cərəyan edən bütün proseslər kimi, bədən tərbiyəsi və idmanın da öz qanunauyğunluqları və prinsipləri mövcuddur. Bu qanunauyğunluqların düzgün hərəkətə gətirilməsi, onların obyektiv tələblərinin səmərəli nəticələrə çevrilməsi həmin prosesə rəhbərlik edənlərin, təfəkkür səviyyəsindən birbaşa asılıdır. Yalnız düzgün yanaşma, dialektik təfəkkür tətbiq edilməsi, təfəkkür çevikliyi nümayiş etdirilməsi bu prosesi düzgün və məqsədyönlü şəkildə istiqamətləndirməyə imkan verə bilər. Məhz bu, bədən tərbiyəsi və idman siyasətimizin əsas istiqamətlərindən biri kimi rəhbərliyinin qarşısında dayanan mühüm vəzifələrdən biridir. Ulu öndərimiz H.Ə.Əliyev bədən tərbiyəsi və idmanın inkişafını zəruri hesab edərək bu münasibətlə demişdir: “İdman, bədən tərbiyəsi hər bir insan üçün zəruri olan fəaliyyətidir...” Ona görə də idmanın, bədən tərbiyəsinin inkişafı üçün görülən işlər və gələcəkdə də görəcəyimiz işlər dövlət, hökumət siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir”.
Azərbaycan güləşi daim öz tarixi ənənəsini qoruyub saxlayıb. Pəhləvanlarımız güləşin bütün növlərində ölkə, Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında , İslam Həmrəylik Oyunlarında və digər beynəlxalq yarışlarda çıxış edərək ölkəmizi təmsil etmişlər, gənclərin fiziki mədəniyyətinin formalaşmasına müsbət təsir göstərmişlər. Ölkəmizdə fiziki mədəniyyətin formalaşdırılması ümumxalq işidir. Bu da təbiidir. Söhbət cəmiyyətimiz, dövlətimiz üçün fiziki cəhətdən sağlam, qüvvətli, dözümlü, güclü, çevik, cəsur, mərd və mübariz şəxslər, Vətənin müdafiəçilərinin yetişdirilməsindən gedir. Cəmi 44 gün ərzində Qarabağ uğrunda geden döyüşlərdə qazanılmış böyük tarixi qələbə bu işin bariz nümünəsidir.
Ölkə və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təmsil etmir, gücümüzü göstərmir, eyni zamanda cəmiyyətdə vətənpərvərlik hissini gücləndirir " Oğullarımız sübut etdi ki, ölkəmiz istənilən arenada öz qalibiyyətini tarixə yazmağı bacarır. Təbii ki, bu onu göstərir ki, gənc nəsil fiziki mədəniyyətə sahib olmaqla yanaşı, həm də vətənpərvər ruhda böyüməlidir. İstənilən arenada ölkəni təmsil edərkən unutmamalıyıq ki, biz qalib ölkənin qalib vətəndaşıyıq, bizə hər zaman qalibiyyət yaraşır.
İki ildən sonra 2024-cü il Yay Olimpiya Oyunları Fransanın paytaxtı Parisdə keçiriləcək. Bu oyunlarda idmançılarımızın nəinki güləş, eyni zamanda bütün idman növlərində ölkəmizi layiqincə təmsil edib, uğur əldə edəcəyinə inanırıq. Biz də öz növbəmizdə səlahiyyətimiz çərçivəsində, dövlətimizin inkişafı, həmçinin, Azərbaycan idmanının daim uğur qazanması üçün əlimizdən gələni etməliyik.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
fiziki tərbiyə müəllimi Cabbar Yolçiyev