Döyüş meydanı - cəsarət, hünər meydanıdır. Bu meydanda igidlik göstərmək həm də əzm, mübarizlik, təcrübə tələb edir. Qazanılmış qələbə uzun illər ərzində gərgin məşqlərin nəticəsidir, yekunudur. Vətən bayrağını göylərə qaldırmaq, onu böyük fəxrlə dalğalandırmaq məhz bu mübarizədən üzüağ, alnıaçıq çixan qaliblərə qismət olur.
İdmançılarımız da onlara olan ümidləri, etimadı doğrultmaqla əldə etdikləri uğurları böyüdükləri ölkə və dövlət üçün qazanırlar. Odlar yurdumuzun ərənləri bu qələbələri Azərbaycanımız üçün, onun adını, bayrağını ucaltmaq üçün əldə edirlər.
Qədim idman növlərindən olan güləşin ənənələri var, o həm də məsuliyyət və daima hərəkətdə olub yeniliklər kəşf etməyi sevir. Bütün idman növlərində, o cümlədən, güləş idman növündə də ildən-ilə rəqabət artır. Müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır. Artan rəqabət şəraitində Avropada birinci olmaq böyük nailiyyətdir. Dövlət himnimizin yeddi dəfə səsləndiliməsi hər bir azərbaycanlı üçün böyük qürur hissidir. Qələbəni komanda şəklində qazanmaq isə birlik rəmzidir.
Macarıstanda Güləş üzrə Avropa çempionatında iştirak etmiş güləşçilərimiz 16 medal qazanmaqla Avropanın birincisi oldular. Pəhləvanlarımız türkün gücünü bütün Avropaya bir daha göstərdilər. Qələbəni öz istedadları, öz zəhmətləri, gərgin məşqlərin hesabına qazanan idmançılarımız Avropaya bir daha Azərbaycan Himnini dinlətdirdilər. Odlar yurdunun necə igidlər yetişdirdiyini göstərdilər. Rəqiblərin fərqli davranışlarına, cığallıqlarına baxmayaraq bizim idmançılarımız “fair play” anlayışını unutmayaraq həmişə ləyaqət nümayiş etdiriblər. Qarşı tərəfi ləyaqət prinsipləri əsasında məğlub ediblər.
Şanlı Qəhrəman Azərbaycan Ordusu da Müzəffər Ali Baş Komandanın başçılığı ilə 44 günlük müharibə zamanı mənfur düşməni döyüş meydanında diz çökdürmüşdür. Məğlub olduğunu görən erməni ordusu dinc sakinlərimizi qətlə yetirərək çirkin əməllərə əl atmışdı. Bunun nəticəsində yüzdən çox dinc insan raket zərbələri nəticəsində həlak olmuşdu. Müzəffər ordumuz isə qarşı tərəfin bir daha humanistlik göstərərək heç bir dinc sakininə zərərə vermədən düşmənin başını döyüş meydanında əzmişdir.
Xalqı qalib olan ölkənin idmançısı da qələbə qazanmalıdır. Sevindirici haldır ki, vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında tərbiyə alan gənc nəsil güləşdəki ənənələrimizi yaşadır və uğurlara imza atır. Əldə olunmuş hər bir uğur ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bu həm də, hər bir vətəndaşımızın dövlətimizə olan töhfəsidir. Nəinki idman sahəsində, həm də digər sahələrdə, siyasi arenalarda qazanılmış nailiyyətlər olkəmizin gücünə güc qatacaq. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edir, öz siyasətini müstəqil şəkildə aparır, beynəlxalq aləmdə güclənir.
Cənab Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan idmanı inkişafdadır, yeni nailiyyətlərə imza atır. Ölkəmiz İki ildən sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında inanırıq ki, uğurla çıxış edəcək. İdmançılarımız bugünə kimi ləyaqətlə təmsil etdikləri ölkəmizi bir daha qələbə ilə sevindirəcəklər.
Bu müqəddəs türk torpağına, bu qalib xalqa yalnız qələbə yaraşır!
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev