Azərbaycanda idmanın tarixi xalqımızın tarixi kimi ən qədim dövrlərə söykənir. Hələ əsrlər öncə dahi şairimiz N.Gəncəvinin poemalarında təsvir olunan pəhləvanların güləşi, 2013-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil olunan “Qarabağ atı ilə oynanılan çövkən oyunu”, cıdır yarışları, zorxana, dirədöymə, çarpapaq və s. milli idman və oyun növləri bunu sübut edir. Qədim tarixə malik olan milli idman növlərinin əksəriyyəti artıq beynəlxalq status qazanmışdır. Azərbaycanın milli idman növü olan zorxana və pəhləvan güləşi 2007-ci ildən 52 dövlətin iştirakı ilə təşkil olunan Beynəlxalq Zorxana İdman Federasiyasına (BZİF) daxil edilmişdir. Beynəlxalq Zorxana İdman Federasiyası tərəfindən keçirilən bütün çempionatlarda Azərbaycanın milli yığma komandası uğurla iştirak edir.
1900-cü illərdə Bakıda atletika, ağır atletika, gimnastika, üzgüçülük, futbol kimi idman növləri inkişaf etməyə başlamışdır. Həmin dövrlərdə müxtəlif idman növləri üzrə keçirilən şəhərlərarası və respublika çempionatları idmanın inkişafına müsbət təsir göstərir. İdmanın uğurlu inkişafı nəticəsində Azərbaycan idmançıları SSRİ yığma komandasının tərkibində olimpiya oyunlarınında iştirak edərək xeyli medal qazanmışdırlar.
Azərbaycan müstəqillik qazandıqdan sonra Sovet dönəmində o qədər də məşhur olmayan milli idman növləri sürətlə inkişaf etməyə başlamışdır. 1990-cı ildə özündə altı milli idman növünü (milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, serim güləşi və zorxana) cəmləyən Milli İdman Növləri Assosiasiası yaradılır. 1992-ci ildən milli idman növləri bədən tərbiyəsi proqramlarına salınır. 1992-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) yaradılması və onun Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən təsdiqlənməsi ilə Azərbaycan idman sahəsində yeni bir mərhələ başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq öz idman potensialını dünya arenasında tam nümayiş etdirmək imkanı əldə edir. 1994-cü ildə isə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılır. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzalamışdır. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradılır.
Milli Olimpiya Komitəsi 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, 1997-ci ildə Milli Olimpiya Komitəsinə İlham Əliyev sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı (OH) başlayır. O, 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri sürətlə inkişaf edir.
Ölkə prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin MOK, Gənclər və İdman Nazirliyi tərəfindən təqaüdlərlə təmin etməsi də Azərbaycanda Olimpiya Hərəkatına müsbət təsir edən amillər sırasındadır. Yeniyetmələr və gənclər arasında idmanın inkişaf etdirilməsi onun daha yüksək səviyyəyə qaldırılması istiqamətində keçmiş təcrübənin müsbət cəhətləri də tətbiq olunmaqdadır. MOK beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilmişdir.
Sadalanan işlərlə bərabər Azərbaycanda təşkil olunan Avropa, dünya çempionatları da ölkədə idmanın inkişafına təkan verir. Belə ki, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi olimpiya növlərinə daxil olan idman yarışları məhz Azərbaycanda keçirilmişdir.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsinin göstəricisidir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi ölkəmizin inkişafı ilə bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
Zaman keçdikcə daha peşəkar səviyyədə inkişaf edən Azərbaycan idmanı dövlət tərəfindən göstərilən qayğı nəticəsində hazırda öz çiçəklənmə dövrünü yaşayır. Buna görə də Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti, idmana sahəsinə göstərdiyi diqqət və qayğı deməyə əsas verir ki, Azərbaycan idmanı daha da inkişaf edərək beynəlxalq arenada yeni zirvələri fəth edəcəkdir.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova