Çindən Rusiyaya gözlənilməz zərbə...

Çindən Rusiyaya gözlənilməz zərbə... Çinin dövlət enerji şirkəti olan “Sinopec Group” Rusiyada neft-kimya sənayesi və təbii qaza əhəmiyyətli investisiyaların qoyulması ilə bağlı danışıqları dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Sinopec” hökumətin sanksiyaların gücləndirilməsi ilə bağlı ehtiyatlı olmaq çağırışını dinləyərək, Rusiyada neft-kimya və təbii qaz sahələrinə investisiyalar üzrə danışıqları dayandırıb”, - məlumatda deyilir.

Qeyd edilir ki, sözügedən sahələrə 500 milyon dollar həcmində investisiyaların qoyuluşu nəzərdə tutulurdu.

Oxşar xəbərlər