“PepsiCo” Rusiyada içki satışını dayandırır

“PepsiCo” Rusiyada içki satışını dayandırır “PepsiCo” şirkəti Rusiyada içkilərinin reklamını və satışını dayandıracaq.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilib:

“Biz “Pepsi-Cola” və qlobal içki brendlərimizin, o cümlədən “7Up” və “Mirinda”nın Rusiyada satışlarının başa çatdığını elan edirik”.

Şirkətdən bildirilib ki, Rusiya Federasiyasına investisiyaların dayandırılması barədə qərar qəbul ediblər. Vurğulanır ki, “PepsiCo” müvafiq səbəbdən ölkədə süd və uşaq qidalarının satışından imtina etməyəcək.

“PepsiCo Inc.” şirkəti “Pepsi”, “Mirinda”, “7up”, “Lay's”, “Cheetos”, “Doritos” kimi brendlərin sahibidir. Şirkət 1959-cu ildə Rusiyada fəaliyyətə başlayıb.

Oxşar xəbərlər