Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu gün öz tarixinin ən şərəfli, eyni zamanda istər siyasi, istərsə də iqtisadi cəhətdən yüksəliş dövrünü yaşayır. Dövlətimiz iqtisadi cəhətdən heç vaxt bu qədər güclü olmamışdır.
Zəfərlə başa çatan müharibədən, koronavirusun yaratdığı iqtisadi çətinlikdən sonra iqtisadiyyatımız yüksələn templə artmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 12-də yerli telekanallara verdiyi müsahibəsində ölkə iqtisadiyatı ilə bağlı səsləndirdiyi göstəricilər bir daha bunu deməyə əsas verir. Dünyaya neft-qaz ixrac edən Azərbaycanın bu gün qeyri-neft qaz sənayesi də yüksək sürətlə inkişaf etməkdədir. Ölkəmizdə qeyri-neft sənayesinin artımı 20%-ə yaxınlaşır. Bu sahədə ixracımız isə 40%-dən çoxdur. Bu isə o deməkdir ki, dövlət büdcəmiz təkcə neft-qaz hesabına deyil, digər məhsullar hesabına daxil olmuş xarici valyutalar sayəsində formalaşmışdır. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, ixrac idxalı üstələyir. Ölkəmizin valyuta ehtiyatları ötən ilə nisbətən 2,5 milyard dollar artmışdır.
Ölkə rəhbərliyinin apardığı iqtisadi siyasəti nəticəsində Azərbaycan manatı stabilliyini qoruyub saxlamaqdadır. Milli valyutamız olan manatın stabilliyi investorların, xüsusilə, xarici şirkətlərin Azərbaycana investisiya yatırmasına böyük fayda verir. 2022-ci ilin büdcə xərcləri 30 milyard manata çatdırılacaq ki, bu da Azərbaycanın tarixində ən böyük büdcə olacaq. Bu da ona imkan verir ki, işğaldan azad edilmiş ərazilərimizdə və digər bölgələrimizdə nəzərdə tutulmuş investisiya layihələri uğurla həyata keçirilsin.
Sosial sahə hər zaman Prezident cənab İlham Əliyevin diqqət mərkəzində olub. Vergi orqanları tərəfindən keçən il proqnozdan əlavə 1,4 milyard manat vəsait yığılıb. Bu onun göstəricisidir ki, ölkədə fəaliyyət göstərən sahibkarlar şəffaf vergi siyasəti ilə işləyir və bu yanaşmadan çox məmnundurlar. 1,5 milyard manat sosial layihələrin həyata keçirilməsinə yönəldilmişdir. Bu il ölkəmizdə geniş miqyaslı sosial layihələr həyata keçirilməkdədir. Minimum əmək haqqı və minimum pensiyalar 20%, eləcə də təqaüdlər və sosial müavinətlər də artırılmışdır. Bütün bu artımlara büdcədən 1,5 milyard manat vəsait ayrılıb. Təxminən, 2 milyon vətəndaşımız bu artımdan yararlanacaq.
Bu gün dünya bazarında qida məhsullarının, xüsusən də buğdanın qiymətlərində artım müşahidə edildi. Bu, dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycana da öz təsirini göstərdi. Bəzi ərzaq məhsullarının, eləcə də unun qiymətində artım qeydə alındı. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələrinin əsas məqsədi ondan ibarətdir ki, vətəndaşlarımız rifah içində yaşasın və bu qiymət artımından əziyyət çəkməsinlər. Cənab İlham Əliyev ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı və aqrar sahənin inkişafına xüsusi diqqət ayırır. Son illər dünyada ərzaq qıtlığının yaranması fonunda, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükündə böyük irəliləyişlərə nail olunmuşdur. Son 15 ildə ölkəmizdə meyvə və tərəvəz istehsalının həcmi iki dəfə artmışdır. Azərbaycan mal və qoyun əti ilə demək olar ki, 100% özünü təmin edir. Ölkəmizdə becərilən meyvə və tərəvəzlər daxili bazarı ödəməklə yanaşı, xarici dövlətlərə də ixrac edilir. Azərbaycanda təxminən 3,4 milyon ton buğda istehlak edilir ki, bunun da 2 milyon tonu ölkəmizdə istehsal olunur. Qalan hissəsi isə xarici dövlətlərdən idxal olunur. İşğaldan azad edilmiş torpaqlarımızın becərilməsi nəticəsində idxalın səviyyəsi minimuma endiriləcək. Bu, həm də büdcə vəsaitinə qənaət deməkdir. Torpaqlarımızın işğaldan azad edilməsində şəhid olmuş hərbçilərimizin ailə üzvlərinə və qazilərimizə dövlət tərəfindən hər zaman böyük qayğı göstərilir. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən bu kateqoriyadan olan vətəndaşlarımızın bütün problem və qayğıları araşdırılır və dərhal aradan qaldırılır. Şəhid ailələrinin əksəriyyəti mənzillərlə təmin edilir, digər sosial-məişət problemləri həll olunur. Paralel olaraq qazilərimizə də mənzillər və fərdi evlər verilir. Bu işlər mütəmadi həyata keçirilir. Müharibə əlilləri ən müasir və keyfiyyətli protezlərlə təmin olunmuşdur.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda sürətli və genişmiqyaslı quruculuq işləri aparılır. İnfrastruktur yenidən qurulur, yeni avtomobil yolları salınır, dağıdılmış dəmir yolları bərpa olunur. Keçmiş məcburi köçkünlərin öz yurd yerlərinə dönmələri üçün ermənilər tərəfindən dağıdılmış və viran qoyulmuş şəhər, kənd, qəsəbələrimiz yenidən qurulur. Müasir tipli Füzuli aeroportunun istifadəyə verilməsi, Zəfər yolu olan Füzuli-Şuşa yolunun inşasının başa çatdırılması, strateji əhəmiyyətli olan Naftalan-Talış-Suqovuşanı birləşdirən avtomobil yolunun çəkilməsi bölgənin inkişafında böyük rol oynayacaq. İşğaldan azad edilmiş torpaqlarımızda dini, tarixi abidələrimiz də bərpa edilir və yenidən qurulur. Ağdamda, Zəngilanda, Hadrut və Daşaltıda yeni məscidlərin tikintisinə başlanılıb. Ən böyük rayonlarımızdan olan Ağdam və Füzulinin baş planı artıq hazırdır. Bu rayon mərkəzlərində dövlət başçısı tərəfindən məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin təməli qoyulub. Yaxın gələcəkdə buraya köçürüləcək insanlarımız heç bir problemlə qarşılaşmayacaqlar. Müsahibəsində ölkə başçımız rüşvətxorluq və korrupsiya ilə mübarizə aparıldığını da qeyd etdi. Cənab İlham Əliyev dövlət məmurlarına bir daha xəbərdarlıq etdi ki, korrupsiyaya və rüşvətə yol verən istənilən dövlət məmuru və vəzifəli şəxslər sərt şəkildə cəzalanacaq. Bu gün Nazirlər Kabinetində, Milli Məclisdə, Prezident Administrasiyasında və yerli icra orqanlarında kadr islahatları aparılır və bu da korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq.
Ölkəmizdə hərbi quruculuq prosesləri də davam etdirilir. Müharibə zamanı çox sayda hərbi sursatlar istifadə olunmuşdur. Yeni müasir silahların alınması və ordumuzun maddi-texniki bazasının gücləndirilməsi ən vacib məsələlərdən biridir. Bu işlər davamlı aparılır. Ölkə başçımızın da vurğuladığı kimi, bu gün Ermənistanda istər hakimiyyətdə, istərsə də müxalifətdə revanşist qüvvələr mövcuddur. Bu qüvvələr hər zaman Azərbaycana qarşı təxribat törətməyə çalışırlar. Onlar bilməlidirlər ki, Azərbaycan hərbi qulluqçusunun ölümünü heç vaxt bağışlamayacaq və ermənilər üçün bunun cavabı çox ağır olacaq. Azərbaycan Ordusunda yeni hərbi hissələr yaradılır. Professional və yüksək hazırlıqlı hərbiçilərdən ibarət briqadalar təşkil edilir. Bu gün Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən elə bir güclü dövlətdir ki, heç kim onunla zor dilində danışa bilməz.