“Üzündə maska olan o qadın həmin yerə bir neçə dəfə gəlib. Amma mən onu tanımıram. Uşağı götürüb aparmasını da videoda görmədik”.
"Qafqazinfo" xəbər verir ki, bu sözləri 9 gün öncə Bakıda itən 2 yaşlı uşağın anası Reyhan Şıxəliyeva “ARB” telekanalında yayımlanan “Səni axtarıram” proqramında deyib. Uşağı bir qadının apardığı iddialarına aydınlıq gətirən ana həmin insanı tanımadığını bildirib:
“5 övladım var. Həyat yoldaşım fəhlə işləyərək ailəni dolandırır. Məhəmməd evimizin ən balacasıdır. Uşaqlar deyirdi ki, oğlumu bir qadın gəlib aparıb. Ərazidə olan kameraya da həmin qadının görüntüləri düşüb, üzündə maska var. Həmin yerə gəlib, amma uşağı götürüb aparması görüntüyə düşməyib. Mən o qadını tanımıram, evimizə necə gəldiyini də bilmirəm. Heç kimə borcumuz da yoxdur”.
Azyaşlının anası Reyhan Şıxəliyeva onu da bildirib ki, hadisə baş verməzdən təxminən iki həftə öncə efirə proqramına çıxmaq istəyib:
“Biz istəyirdik ki, verlişə çıxıb kömək istəyək. Uşaqlarla birlikdə sığınacağa yerləşmək istəyirdik. Uşaqlarımızdan ikisi xəstədir. Autizmdən əziyyət çəkirlər və danışa bilmirlər”.
Qeyd edək ki, hadisə dekabrın 29-u Sabunçu rayonunda baş verib. Ailə üzvlərinin sözlərinə görə, yaşlı bir qadın evə girərək oradan 2 yaşlı Məhəmmədi oğurlayıb.
Ailənin digər dörd azyaşlı övladı dövlət tərəfindən sığınacağa yerləşdirilib.