Ağalar Vəliyev - Azərbaycan dünyada sülh və sabitliyə ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Bunu son illərdə ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlar, dinlərarası və sivilizasiyalararası dialoqla bağlı tədbirlər də sübut edir. Azərbaycan Prezidenti İlham Əliyev şəxsən belə tədbirlərə xüsusi diqqət və qayğı ilə yanaşır, buraya dünyanın aparıcı fikir və düşüncə adamlarını, beyin mərkəzlərinin təmsilçilərini dəvət edir. Məqsəd də, təbii ki, dünyada pozulmaqda olan nizamı qaydaya salmaq, ayrı-ayrı dinlərin təmsilçiləri arasında sülh və sabitlik yaratmaq işinə töhfə verməkdir.
Dövlətimizin başçısı keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin uğurla icra edildiyini xatırladır: “Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır. Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər”. Artıq hamıya, o cümlədən, ABŞ-a da aydındır ki, Azərbaycan Ermənistanın işğalçı ordusunu darmadağın edib, bu ölkəni kapitulyasiya aktını imzalamağa məcbur edib. Bundan sonrakı mərhələdə Azərbaycan Ermənistanı da regionda sülh prosesinə qoşulmağa, münaqişəli vəziyyətə son qoymağa, 3+3 formatında iqtisadi və ticari əlaqələr qurmağa dəvət edir. Amma Ermənistanda hələ də sülhə gəlmək istəməyən qüvvələr mövcuddur. Azərbaycan, təbii ki, özünə aid olan məsələləri şəxsi gücü ilə həll edə bilər. Amma bu məsələni, ilk növbədə, dinc vasitələrlə, qan tökülmədən həll etmək istəyir.
Prezident İlham Əliyevin 2020-ci il noyabrın 10-da Azərbaycan xalqına ünvanladığı müracətdə oxuyuruq: “Onların demək olar ki, bütün texnikasını məhv etmişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz beynəlxalq hüquqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz mülki vətəndaşlardan intiqam almamışıq, heç vaxt almayacağıq və məhz buna görə mülki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır... Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə bir nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, “Vətən sağ olsun!” Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam”. Bir daha xatırladırıq, Azərbaycan Prezidenti İlham Əliyev son dörd-beş ildə dəfələrlə demişdi ki, bu çirkin siyasət Ermənistanı uçuruma aparır. Dövlət başçımız həmin xəbərdarlığı dilə gətirəndə Ermənistanın məhz bu gününü nəzərdə tuturdu. Uçurumun dibində, problemlərin bataqlığında olanda səhv etdiklərini başa düşsələr, sabaha şansları qalacaq. Hər halda, Azərbaycan onlara sülh əlini uzadır.
Ermənistanın təcavüzü nəticəsində mürəkkəb şəraitdə olmasına baxmayaraq, ölkəmiz ictimai-siyasi sabitliyi qoruyub saxlayır, müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan, müxtəlif adətlərə, müxtəlif mədəniyyətə mənsub olan insanlar arasında dostluq münasibətlərini təmin edir. Elə bunun özü tolerantlıqdır, baxmayaraq ki, tolerantlıq çox geniş anlayışdır, özündə çox mənaları birləşdirir. İndi burada başqa sahələr haqqında
danışmaq istəmirəm. Tolerantlıq münaqişələrin, terrorizmin, ekstremizmin, separatizmin olmamasını tələb edir. Bunlar hamısı tolerantlıq anlayışına daxildir. Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq, tərəfdaşlıq münasibətləri xalqlarımızın mənafeləri xeyrinə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Dövlətlər arasında yaranan möhkəm dostluq və əməkdaşlıq təməlinə söykənərək daim uğurlu olacaq, xalqlarımızın mənafelərinə xidmət edəcək, onların rifah halının yüksəlməsinə, ölkələrimizin iqtisadi dirçəlişinə kömək edəcək, bütün Qafqaz regionunda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olunması üçün böyük imkanlar açacaqdır. İndi Azərbaycan sabitdir. Ölkəmizdə istiqrar təmin olunubdur. Azərbaycan yaşayır, inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib: Vətən Müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi 44 gün çəkdi və Ermənistan ordusunun tam məğlubiyyəti ilə bitdi. Ermənistan bizim şərtlərimizi qəbul etməyə məcbur edildi. Müharibənin ilk günlərində deyirdim ki, Ermənistanın baş naziri mənə işğal olunmuş ərazilərdən çıxmaq tarixlərini verəndən sonra biz dayanmağa hazırıq.
Ermənistan rəhbərliyinə təxminən 7000 qurban və 44 gün lazım gəldi ki, özünün tam acınacaqlı vəziyyətdə olduğunu başa düşsün. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Biz öz sözümüzü yerinə yetirdik. İşğal olunmuş qalan ərazilərdən çıxmaq cədvəli verildikdə müharibə dayandı. Dörd gün sonra Azərbaycan xalqı tarixi Qələbəmizin birinci ildönümünü qeyd edəcək.
Azad edilmiş ərazilərdə biz nəyi gördük? Tam dağıntılar baş verib, bir dənə olsun bina salamat qalmayıb. İşğal illəri ərzində onlar bütün tarixi abidələri, 67 məsciddən 65-ni dağıdıblar. Evləri, həyətləri, ictimai binaları və sair tikililəri yerlə-yeksan ediblər. Bu, barbarlığın sübutudur.
Hazırda biz azad edilmiş əraziləri fəal şəkildə bərpa edirik. Genişmiqyaslı bərpa proqramına başlanılıb. Əminəm ki, qısa müddət ərzində biz Ermənistanın işğalından əziyyət çəkmiş məcburi köçkünləri, bir milyondan çox insanı həmin yerlərə qaytara biləcəyik. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. Siz öz məqsədinizə sadiq olmalısınız, yaxşı hazırlaşmalısınız, beynəlxalq hüquq çərçivəsinə malik olmalısınız və insanların yüksək səviyyədə iradəli olmasına nail olmalısınız. Bütün həmin meyarlar, o cümlədən hərbi imkanlarımız münaqişənin həllində əsas amil oldu. Hazırda münaqişə bitib və qeyd etdiyim kimi, yenidənqurma başlayıb. İndi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik. . Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi, – hazırda tək nefti deyil, qazı da ixrac edirik, – gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq.