Ümummilli Liderimiz Heydər Əliyevin davamçısı olan İlham Əliyevin uğurlu, uzaqgörən siyasəti nəticəsində dövlətimiz bütün dünyada tanınır və sevilir. Bir çox dünya təşkilatlarının tərəfdaşı olan Azərbaycan həmçinin NATO ilə etibarlı tərəfdaşlıq edir. Həmçinin Azərbaycan Alyansın dəyərli tərəfdaşlarından sayılır. 2004-cü ildən etibarən İlham Əliyevin NATO-nun mənzil-qərargahlarına işgüzar səfərləri də bunun bariz nümunəsidir. Məhz düzgün siyasətin nəticəsidir ki Azərbaycanımız dünya dövlətləri arasında sayılıb seçilən dövlətdir.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatında xidməti də NATO-nun etibarlı tərəfdaşı olduğunun bariz nümunəsidir. Azərbaycan həmçinin NATO-ya daxil olan 20-yə yaxın ölkəyə neft idxal edir.
28 il ərzində ATƏT-in Minsk qrupunun Azərbaycan-Ermənistan arasında olan münaqişədə apardığı danışıqların heç bir nəticəsi olmadı. Azərbaycan öz “Dəmir Yumruğu” ilə bu ədalətsizliyə son qoydu. Lakin indi də biz mənfur düşmənlərimizin pisliklərinin acısını çəkirik. Böyük Qələbəmizdən bu günə kimi 200-ə yaxın insanımız mina partlaması nəticəsində həlak olub və yaralanıb. Bu minaların təmizlənməsində Azərbaycana texnika və maliyyə yardımına ehtiyac vardır.
Bugünkü gün Laçın dəhlizində heç bir gömrük yoxdur. Azərbaycanın tələbi vaxti ilə Azərbaycanın torpağı olan Zəngəzurun qaytarılması və orada da gömrüyün olmamasıdır. Əks halda Ermənistan razı olmazsa, bu zaman Azərbaycan da Laçın dəhlizimdə gömrük qoyacaqdır.
Məhz Zəngəzur dəhlizinin düzgün açılması region dövlətlərinə yeni iqtisadi imkanlar yaradacaqdır.
Bakıxanov qəsəbəsi, 213 saylı tam orta məktəbin
direktoru Səbinə Əliyeva