Nümunəvi rektor

Nümunəvi rektor Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi rektordur. Bu şəxs kimidir?

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Qanuninfo.az-ın əməkdaslarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Yusif Yusibov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Professor Yusif Yusibovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq və ikiüzlü olmayıb. O, vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

Yusif Yusibov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Hazırda Yusif Yusifovun gərgin əməyi nəticəsində GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Rektorun mobil telefonu və emaili bütün tələbələrdə var, tələbələr istənilən anda rektorla əlaqə saxlaya bilir. Onu da qeyd etmək lazımdır ki, universitetdə bütün imtahanlar test üsulu ilə kompyuter vasitəsi ilə aparılır, bu da imtahanlarda hər hansı bir müdaxilənin qarşısını alır, tələbələrin aldığı qiymət dərhal testlər cavalandırılarkən məlum olur, kimsənin buraya müdaxiləsi imkansızdır. Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.
O ki, qaldı təhsilin keyfiyyətinə və insani münasibətlərə, universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilib. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilib.

Burada insanlar arası münasibətlər də yüksək səviyyədə qurulmaqdadır, Yusif Yusifov Gəncə Dövlət Universiteti kollektivinin uzun illər etimadını doğrultmuş bir insandır və universitet kollektivinin bir yumruq kimi rektorun ətrafında birləşməsi şəhər tədbirlərində , Gəncənin ictimai həyatında qabarıq şəkildə özünü göstərir.

Oxşar xəbərlər