Artıq tarixə qovuşmuş 44 günlük Vətən savaşı bizi öz doğma torpaqlarımıza qovuşdurdu. Haqq-ədalət bərpa olundu. Bu gün Azərbaycanda böyükdən kiçiyə qədər hər kəs fəxrlə deyə bilir ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Qələbəyə gedən yol asan olmadı, lakin şərəfli oldu. Bu çətin və şərəfli yolun ən şanlı səhifələrindən biri də qədim yurdumuz Qubadlının azad edilməsi oldu. Mövqe üstünlüklərinə istinad etsək, Qubadlı rayonu mühüm strateji əhəmiyyət daşıyır. Bir sıra yüksəkliklər alınmadan regionun fəthi qeyri-mümkün idi. Və təbii ki, düşmən neçə illərlə bu yüksəkliklərdə güclü istehkamlar qurmuşdu.
Oktyabrın 20-si Zəngilan azad edildikdən sonra Qubadlının işğaldan qurtulması labüdlüyə çevrildi. Lakin ermənilər şəhərin girəcəyində müdafiəni möhkəmləndirmiş, bütün yüksəkliklərə müxtəlif hərbi birləşmələr yerləşdirmişdi. Elə buna görə də şəhərin özünü və ətrafdakı yaşayış məntəqələrini almaq asan məsələ deyildi. Ötən illər ərzində və sentyabrın 27-dən davam edən hərbi əməliyyatların gedişində Cəbrayıl, Zəngilan, Qubadlının bütün kənd və qəsəbələri dağıdılıb, yerlə-yeksan edilmişdi. Ətrafda hər yerdə demək olar ki, həyatın söndüyü bir vaxtda müharibə caniləri rayonun Xanlıq qəsəbəsi yaxınlığında yeni bir qəsəbə salmışdılar. Bu qəsəbədə xaricdən gətirilmiş ermənilər məskunlaşdırılmışdılar. Onlar başdan-ayağa silahlandırılmış muzdlular idilər. Xanlıq qəsəbəsində yaradılan hərbi baza isə bu bölgədə düşmənin əsas arsenalı sayılırdı. Qubadlını azad etmək üçün bu arsenal məhv edilməli və bir sıra yüksəkliklər alınmalı idi.
Əməliyyatı çətinləşdirən amillərdən biri də buranın Ermənistan sərhədinə çox yaxınlığı idi. Düşmən həm üstün yüksəkilik mövqeyindən, həm də öz ərazisindən bizim əsgərlərimizi atəşə tuturdu. O zaman əsgərlərimizin və mülki əhalinin sərhədin o tayından atəşə tutulması qərəzli və məkrli niyyətlərdən xəbər verirdi. Düşmən bununla Azərbaycanı təxribata sürükləməyə və digər dövlətləri münaqişəyə qoşmaqla müharibənin miqyasını genişləndirməyə səy göstərirdi.
Beləliklə, bütün bu parametrləri nəzərə alanda Qubadlı əməliyyatı cənab Ali Baş Komandanın dediyi kimi, xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Bu əməliyyat ağır artilleriyadan tutmuş əlbəyaxa döyüşə qədər bütün döyüş üsullarını əhatə edirdi. Əsgər və zabitlərimiz sözün həqiqi mənasında misilsiz rəşadət və döyüş bacarığı nümayiş etdirdilər. Yüzlərlə döyüşçümüz məhz bu əməliyyata görə müxtəlif təyinatlı mükafatlara layiq görülmüşdülər.
Qubadlının azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman oğulların hər biri bu gün dərin ehtiramla anılır, onların müqəddəs xatirəsi əziz tutulur. Rayonun azad edilməsi əməliyyatında 2-ci Ordu Korpusunun komandir müavini, əslən Qubadlıdan olan polkovnik Şükür Həmidov yüksək sərkərdəlik məharəti və şəxsi igidlik nümunəsi
nümayiş etdirdi. Bir sıra yaşayış məntəqələrinin azad edildiyinin şahidi olan bu cəsur hərbçi oktyabrın 22-də Mahmudlu kəndi yaxınlığında ön xətdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Lakin o və onun kimi minlərlə igid oğullarımızın fədakarlığı, cənab Ali Baş Komandanın məqsədyönlü fəaliyyəti nəticəsində digər rayonlar kimi Qubadlı da mənfur düşmən tapdağından azad olundu.
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidentinin rəsmi twitter səhifəsində Qubadlı şəhərinin azad olunması haqqında məlumat xalqa çatdırıldı. Qubadlı əməliyyatının gedişində Qubadlı şəhəri ilə yanaşı rayonun 41 yaşayış məntəqəsi azad edildi.
Qubadlı əməliyyatı hərb tariximizə qızıl hərflərlə yazılmışdır.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov