Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır

Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır Salyanda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır


Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Kənan Elşad oğlu Həsənovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideyinlərinə başsağlığı verilmişdir. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı Qaraçala qəsəbəsində yerləşən ata ocağında davam etmişdir. Azərbaycan Ordusunun əsgəri Kənan Həsənov ölkəmizin suverenliyi uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş və 10 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə şəhid Kənan Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyev tərəfindən verilmiş “Laçının azad olunmasına görə” medalını onun valideyninə təqdim etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır
Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır


Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Arif Seymur oğlu Rüstəmovun cənnətdəki ilk doğum günü qeyd olunmuşdur

Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır


Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Arif Seymur oğlu Rüstəmovun cənnətdəki ilk doğum günü qeyd olunmuşdur. Şəhidin doğum günü Salyan şəhərində ata ocağında adını əbədiləşdirmək üçün vurulan xatirə lövhəsinin qarşısında baş tutmuşdur. Mərasimdə çıxış edənlər 20 yaşı tamam olan şəhid Arif Rüstəmovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Arif Rüstəmov 11 oktyabr 2001-ci ildə Salyan şəhərində anadan olmuşdur. 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olmuş, Arif Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmış və orada rabitəçi kimi xidmət etmişdir. Şəhidimiz 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra 3 medalla təltif olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır
Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır

Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılırSalyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi daim anılır

Oxşar xəbərlər