YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin fəal üzvləri və rayon könüllüləri “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailəsinə baş çəkmiş, onları bayram hədiyyələri ilə təbrik edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş övladlarını itirən analara öz ehtiramlarını bildirmişlər.
Gənclər görüş zamanı bildirmişlər ki, şəhidlərimiz kimi, onların anaları, bacıları, ailə üzvləri də bizim üçün çox qiymətlidirlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər kimi şəhid anaları da müqəddəs və dəyərlidir. Çünki bu xanımlar vətənin çətin günündə onu müdafiə edən və uğrunda şəhid olan dəyərli oğullar, qızlar böyüdüb. Gənclər şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür etmişlər.