“Taliban” şərtini açıqladı

“Taliban” şərtini açıqladı "Taliban" hərəkatı yalnız siyasi razılaşma əldə olunduqdan sonra Əfqanıstanda atəşi dayandıracaq.
"Qafqazinfo xəbər verir ki, bunu "Taliban" hərəkatının Dubayda yerləşən siyasi ofisinin nümayəndəsi Suheyl Şahin deyib.

Onun sözlərinə görə, danışıqlar Doha razılaşması əsasında keçirilir.

S. Şahinin fikrincə, tərəflər münaqişənin siyasi yolla nizamlanmasının yol xəritəsini müzakirə edəcəklər və yalnız bundan sonra atəşin dayandırılması ilə bağlı danışıqlara keçəcəklər.

O, həmçinin vurğulayıb ki, siyasi yol xəritəsi ilə bağlı danışıqlar hələ də davam edir.

Oxşar xəbərlər