Əfqanıstanda qadın idmançılar təcavüzə məruz qalır – Şok iddia

Əfqanıstanda qadın idmançılar təcavüzə məruz qalır – Şok iddia Əfqanıstanda Taliban dönəmindən sonra qadınların sosial həyatda fəallığını artırmaq, qadın futbol komandaları qurmaq, onları idmana cəlb etmək və digər məsələlər aktuallaşmağa başlayıb.

Lakin bu günlərdə Əfqanıstanın kifayət qədər tanınmış idmançılarından biri, futbolçu qadınların Taliban silahlıları və mühafizəkarlar tərəfindən cinsi istismara məruz qaldığını açıqlayıb.

Bu açıqlamadan sonra Əfqanıstan Olimpiya Komitəsinin sədri Hafizullah Rahimi “Qadınlara qarşı cinsi istismar sadəcə Futbol Federasiyasında deyil, idmanın bütün sahələrində həyata keçirilir” deyə bildirib.

FİFA bu iddialardan sonra məsələni araşdıracağını bəyan edib.



Bu mövzuyla bağlı mətbuata açıqlama verən Əfqanıstanın dövlət rəhbəri Əşrəf Qani “Yaşanan bu hadisə olduqca utancvericidir. Bu məsələ böyüsə ailələrimiz artıq qız uşaqlarını cəmiyyətdən təcrid etməyə başlayacaq. Bu baxıımdan biz məsələyə əl qoyacıyıq ” deyə bildirib.



Futbol Federasiyası isə ittihamları rədd edib. Futbol Federasiyasını qadınlara qarşı cinsi istismarda ittiham edənlərdən biri də bu qurumun keçmiş üzvü Xəlidə Popaldır.

Uşaqlığından bəri Əfqanıstanın Taliban hakimiyyəti altında olduğu dövrlərdə dostları ilə futbol oynadığını bildirən X.Popal “Yığmada proqram direktoru olduğum zamanlarada oyunçulardan Taliban keşikçiləri və federasiyanın kişi üzvləri tərəfindən cinsi istismara məruz qalmaları barədə çoxlu şikayətlər alırdım. Bir dəfə əlimdə olan faktları federasiya rəhbərliyinə göndərdim. Şikayət etdiyim adamı cəzalandırmaq yerinə ona federasiyada vəzifə verdilər. Daha sonra ölüm təhdidləri almağa başladım və mən də ölkəni tərk etmək məcburiyyətində qaldım” deyib.

“Mənə nə qədər gözəl olduğunu göstər. Yığmaya ancaq gözəl olanları qəbul edirik”.

BBC yığmada oynayan digər qadın futbolçulardan bu məsələ ilə bağlı fikirlərini öyrənib.



Adının açıqlanmasını istəməyən qadınlardan biri bunları söyləyib: “Yığmaya seçilərkən ya da xaricdəki turnirlərə qatılarkən təcavüzə uğrayırıq. Yığmaya seçilmək üçün federasiya üzvü “Nə qədər gözəl olduğunu göstər. Yığmaya yalnız gözəl olanları qəbul edirik” dedi”.

Oxşar xəbərlər