Tokio-2020 Yay Olimpiya Oyunları zamanı idman obyektlərinin ərazisində spirtli içkilər satılmayacaq.
Təşkilat Komitəsi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu qərarı qəbul edib.
İddiaya görə, əvvəlcə satış nəzərdə tutulsa da, müxalifətin tənqidləri və yerli əhalinin mənfi reaksiyası ilə üzləşən təşkilatçılar sonradan fikrini dəyişib. Qadağa ilə bağlı rəsmi açıqlamanın 1 həftə ərzində veriləcəyi gözlənilir.
Maraqlıdır ki, olimpiadanın sponsorlarından biri Yaponiyanın spirtli içkilər istehsal edən "Asahi" şirkətidir. Təşkilat Komitəsinin saytında "Asahi" içkiləri "Tokio 2020"nin "rəsmi pivəsi" kimi göstərilib.
Qeyd edək ki, olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdırılıb.