Vergilər Nazirliyi qiymət artımının müsbət təsirlər yaradacağını bildirsə də, satıcılar və alıcılar narazıdır
Azərbaycanda yerli istehsal spirtli içkilərin qiyməti bahalaşıb. Belə ki, qiymət artımı 15-20, bəzilərində isə 40 faiz təşkil edir.
Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə supermarketə baş çəkib, spirtli içkilərin qiymətləri ilə maraqlanıb. Məlum olub ki, bütün mağazalarda spirtli içkilər əvvəlki qiymətlərindən 17-20 faiz baha satılır. Satıcılar qiymət artımını aksiz bahalaşması ilə əlaqələndiriblər.
Satıcı Zaur Əhmədovun fikrincə, spirtli içkilərin qiymətinin bahalaşması satışa mənfi təsir edəcək: “Pivədən başqa, bütün alkoqollu içkilərin qiyməti artıb. Bu da alıcılıq qabiliyyətini aşağı salacaq. Alver olmayacaq”.
Z.Əhmədovun sözlərinə görə, xaricdən idxal edilən içkilərin qiyməti bir ay əvvəldən bahalaşıb: “Keçən aydan başlayaraq xaricdən gətirilən spirtli içkilərin qiyməti, haradasa, iki dəfə bahalaşdı. Məsələn, əvvəl 10 manata satılan şərab indi 20 manatadır. Bununla bağlı keçən müddətdə satışın azalmasını müşahidə etdik. İndi isə yerli məhsulların qiyməti artırıldı. Yəqin bir ay sonra bu məhsulların da satışında kəskin azalma olacaq”.
Spirtli içkilərin satışı ilə məşğul olan Riyad Əliyev də qiymət artımının satışa təsir edəcəyini düşünür: “20 faiz qiymət artımı pivədən başqa, yerli istehsal olan alkoqollu içkilərə — araq, konyak, viski və çaxıra edilib. Ölkədə spirtli içki istehsal edən bütün müəssisələrin məhsullarında qiymət artımı var. Bu da alıcı kütləsinə mənfi təsir göstərəcək”.
Məsələni şərh edən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, yerli istehsal spirtli içkilərin aksiz markasının bahalaşması ilə bağlı son günlərdə heç bir qərar verilməyib: “İlin əvvəlində xaricdən gətirilən spirtli içkilərin aksiz markasının bahalaşması baş vermişdi. Bu artım da spirtli içkilərin qiymətlərinə istər-istəməz təsir etməli idi”.
İqtisadçı spirtli içkilərin qiymətlərinin artırılmasını aksizsiz satılan spirtli içkilərə olan nəzarətin güclənməsi ilə əlaqələndirib: “Hesab edirəm ki, aksizsiz satılan məhsullara nəzarət gücləndiyi üçün qiymət artımı gözlənilən idi. Çünki son zamanlar aksiz markası olmayan külli miqdarda spirtli içki müsadirə edilmişdi”.
O, həmçinin qeyd edib ki, bahalaşmaya digər bir səbəb isə xarici ölkələrdə spirtli içkilərin qiymətlərinin artmasıdır: “Azərbaycanda istehsal olunan spirtli içkilərin bütün inqrediyentləri xarici ölkələrdən gətirilir. Buna görə də, yerli istehsalçılar istər-istəməz qiymətləri artırır”.
S.Əliyevin sözlərinə görə, ölkədə spirtli içki sahəsində rəqabət olmadığı üçün də qiymət artımı baş verir: “Qiymət artımı çox zaman satışa təsir edir. Siqaretlə spirtli içkilər asılılıq məsələsi olduğu üçün qiymət artımı bu sahəyə çox da təsir etməyəcək”.
Vergilər Nazirliyinin bahalaşmaya münasibəti isə belə olub: “Əldə olunmuş nəticələr göstərir ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir”.
“Belə ki, bu müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır” – qurumdan bildirilib.
Qeyd olunub ki, aksiz markalarından qanunsuz istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil olmasına və on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib çıxarır: “Göstərilən halların qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz — nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib”.
Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına sonuncu dəfə xəbərdarlıq edib: “Onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırırıq”.
Xəbərdarlıqda bildirilir ki, könüllü bəyan etmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq: “Eyni zamanda, diqqətə çatdırırıq ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir”.
Vergilər Nazirliyi xatırladır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Və vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
“Vətəndaşlar bilməlidirlər ki, aksiz markaları sağlamlığa zərər vuran məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının məhdudlaşdırılmasına, qaçaqmalçılığın və istehlak bazarında saxta məhsulların satışının qarşısının alınmasına xidmət edir” – deyə məlumatda vurğulanır.