Xarici işlər naziri Ceyhun Bayramovun Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla təkbətək görüşü başlayıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində məlumat verilib.***Hazırda xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.