Rusiyada rəsmi səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla təkbətək görüşüb.
“Qafqazinfo” “Moskva-Baku” informasiya portalına istinadən xəbər verir ki, görüşdə XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, Dağlıq Qarabağ nizamlanması da daxil olmaqla regional və beynəlxalq gündəliyin əsas aspektlərini müzakirə edəcəklər.
Təkbətək formatda başlayan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.