"Əgər Qarabağın dirçəlişini möhtərəm Prezidentimiz özünün fəaliyyət prioriteti elan edərək, prosesi birbaşa nəzarətinə götürübsə, əvvəlki işlərdə olduğu kimi, burada da ən uğurlu nəticələr əldə olunacaq. Cənab İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözlərinin tam mənası ilə əmələ çevrildiyini onun ötən 18 ildə həyata keçirdiyi möhtəşəm dövləti fəaliyyətin, xüsusilə də Vətən savaşının timsalında hər kəs görür. Prezidentimizin “Qarabağı Azərbaycanın cənnətinə çevirəcəyik” qərarının da qısa müddətdə reallaşacağına inanırıq".
"Bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib.
O bildirib ki, Ali Baş Komandanın Qarabağ bölgəsinə davamlı səfərləri bu prosesdə mühüm yer tutur: "Möhtərəm Prezident indiyədək Şuşa, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Xocavənd rayonlarına dəfələrlə səfərlər edib. Azad edilmiş ərazilərin vəziyyəti ilə tanış olub, eyni zamanda yaradılmaqda olan infrastrukturların təməlini qoyub. Bu səfərlərin real nəticələri var. İndi azad edilmiş bölgələrdəki hər bir şəhər və rayon üzrə layihələndirmə işləri gedir. Mühüm sahələr üzrə infrastruktur quruculuğuna, su, elektrik, qaz xətlərinin, yolların tikintisinə başlanılıb. Hava limanlarının və dəmir yolu xəttinin inşası davam edir, ərazilərin minalardan təmizlənilməsi işləri intensiv aparılır. Şuşaya doğru çəkilən “Zəfər” yolunda artıq ciddi irəliləyişlər var".
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bütün bu işlərin mərkəzləşdirilmiş şəkildə koordinasiya edilməsi və ərazidə xüsusi idarəçilik modelinin yaradılması sayəsində prosesin şəffaf və səmərəli həyata keçirilməsi təmin olunacaq: "Bu bölgənin yenidən qurulması, iqtisadi potensialının bərpası Qarabağı yüksək rifaha malik regiona çevirəcək və Azərbaycanın iqtisadi inkişafına əsaslı töhfələrlə nəticələnəcək. Xalqımız əmindir ki, tezliklə Qarabağda həyat yenidən canlanacaq, vaxtilə Heydər Əliyevin gülüstana çevirdiyi, qurub-yaratdığı Qarabağa möhtərəm dövlət rəhbərimiz yeni həyat bəxş edəcək, onu yenidən inkişafa, rifaha qovuşduracaq. Regionda sabitliyin, əmin-amanlığın təmini, iqtisadi potensialın artması isə, eyni zamanda məhz Ali Baş Komandanın yaratdığı yeni reallıqlardan irəli gələn təhlükəsizlik amilinə çevriləcəkdir".