148 şəhid ailəsi üzvü DSMF-dən elektron arayış alıb

148 şəhid ailəsi üzvü DSMF-dən elektron arayış alıb 2021-ci ilin yanvar-mart aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 7149 nəfər olub.

Bu barədə “Qafqazinfo”ya Fondun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu arayışların 3146-sı pensiya, 1894-ü müavinət və təqaüd, 866-sı fərdi şəxsi hesab, 496-sı ünvanlı dövlət sosial yardımı, 253-ü torpaq pay mülkiyyətçisi, 203-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi ilə əlaqəli olub.

Həmçinin arayışların 148-i şəhid ailəsi üzvü, 69-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 34-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 35-i əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

Oxşar xəbərlər