Pensiya, müavinət və digər sosial ödənişlərlə bağlı VACİB XƏBƏR - ARTIM OLUB - VİDEO

Pensiya, müavinət və digər sosial ödənişlərlə bağlı VACİB XƏBƏR - ARTIM OLUB - VİDEO Sosial ödənişlərdə artım olub.
BAKU.TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, yanvar-fevral aylarında sosial təminat üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-fevral aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2,3 milyonadək şəxsə ödənişlər edilib.

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası 2021-ci ildə də davam edir.


Oxşar xəbərlər