ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi əsassız, qərəzli bəyanat siyasi mövqeyindən aslı olmayaraq bütünlükdə Azərbaycan cəmiyyətində böyük təəssüf və ikrah hissi ilə qarşılandı. Təbii ki, Türkiyəyə qarşı ağır iftira və növbəti siyasi təzyiq və təhdid vasitəsi olan bu bəyanat ciddi şəkildə qınaq obyektinə çevrilməli və rədd edilməlidır. Uzun illərdir ki, erməni diasporunun və lobbisinin Türkiyəyə qarşı siyasi spekulyasiya aləti kimi istifadə etməyə çalışdığı qondarma “erməni soyqırımı” ifadəsinin ABŞ Prezidentinin dilindən səsləndirilməsi Baydenin seçki kampaniyasında ermənilərin maliyyə və səs dəstəyinə qarşı verdiyi sözün nəticəsi olsa da, bu ədalətsiz bəyanatın ABŞ üçün ağır siyasi, iqtisadi və hüquqi nəticələri olacağı şübhəsizdir. Bu uğursuz və düşüncəsiz açıqlamanın hər hansı bir tarixi, siyasi və ya hüquqi əhəmiyyəti, qüvvəsi olmasa da, ədalətin, insan haqlarının, beynəlxaq hüququn mövcud olduğu dünya ölkələrinin, xüsusilə bütün Türk dünyasının bu provakasiya xarakterli addıma birmənalı, adekvat və sərt reaksiyası olmalıdır.
Əslində, sağlam məntiqdən çıxış etsək görünən odur ki, bu bəyanat ABŞ-ın əlində bayraq etdiyi demokratiya, insan hüquqları və öz milli maraqlarına da uyğun deyildir. Türkiyə NATO üzvü kimi ABŞ-ın strateji müttəfiqidir. Son 20 il ərzində Türkiyənin nail olduğu iqtisadi, hərbi, texniki və texnoloji inkişaf onu, Azərbaycanla birlikdə nəinki regionun, eləcə də qlobal güc mərkəzlərindən birinə çevirmişdir. Bu faktorun ABŞ-Rusiya münasibətlərinin getdikcə gərginləşdiyi, hətta soyuq müharibə səviyyəsinə çatdığı bir şəraitdə nəzərə alınmaması ya Baydenin bu coğrafiyada baş verən prosesləri, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqları düzgün qiymətləndirə bilməməsidir, ya da onun erməni lobbisinin əlində alətə çevrilməsidir.
Tarixən millətçilik, faşizm, işğalçılıq və terrorizm ideologiyası üzərində qurulan erməni terror təşkilatları türk-müsəlman əhalisinə, hökumət adamlarına qarşı qanlı sui-qəsdlər törətmiş, terror aktlarının, qətliamların, soyqırımlarının təşkilatçısı və icraçıları olmuşlar. Saysız-hesabsız tarixi sənədlərlə təsdiq olunan bu faktlar qarşısında erməni millətçilərinin uzun illərdir ki, Osmanlı İmperiyasının varisi olan Türkiyəyə qarşı əsassız “soyqırım” iddiaları absurddur. Avropa məhkəməsinin təsdiq etməkdən imtina etdiyi və əsassız faktlara söykənən “soyqırım” sayıqlamasının indi şişirdilərək ABŞ Prezidenti tərəfindən rəsmi bəyanatda səsləndirilməsi ABŞ-ın milli və strateji maraqlarına uyğun deyil. ABŞ siyasəti üçün bu utancverici və düşüncəsiz bəyanat C.Baydenin erməni lobbisi ilə seçki kampaniyası üçün siyasi bazarlığının rüsvayçı nəticəsidir. Həmçinin günbə-gün güclənən, öz milli maraqlarını hər şeydən üstün tutan, “idarə olunmayan” Türkiyəyə qarşı siyasi təziqdir.
Qondarma “soyqırım”, “qətliam” ifadlərindən əlavə ABŞ Prezidentinin 1915-ci il hadisələrini “tanıdığı” bəyanatda İstanbul əvəzinə “Konstantinopol” ifadəsindən istifadə etməsi isə siyasi skandal olmaqla yanaşı Türkiyəyə qarşı nifrət və dözümsüzlüyün açıq şəkildə ifadəsidir. Bayden 40 ildən sonra “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir. 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqan bu ifadəni işlədib və prezidentliyi dövründə hüquqi məsələlər üzrə müşaviri işləmiş Bryus Feynə “erməni soyqırımı” haqqında məsələni hüquqi müstəvidə araşdırmağı tapşırıb. Feynin rəhbərlik etdiyi komissiya prezident üçün “erməni məsələsi” dosyesini araşdırmaq üçün müxtəlif ölkələrə və ABŞ-a məxsus arxiv sənədlərinə baş vurub və bu məsələ ilə bağlı xüsusi arayış hazırlanıb. Arayışda qeyd olunur: “Osmanlı dövləti milli azlıqların hüquqlarının tanınması və onların vergi ödəmələri ilə bağlı çoxlu sayda güzəştlər həyata keçirib. 16-19-cu yüzilliklərdə heç bir dövlətdə milli azlıqlar haqqında bu qədər humanist qanun olmayıb. Rusiya və Fransanın dəstəyi ilə ermənilər təhrik olunaraq iki milyon nəfər müsəlman əhalisinə soyqırım törədiblər. Bu savaşda 500 min erməni ölüb.” Araşdırmada o da bildirilir ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövlətinə qarşı erməni əhalisi xəyanət edərək yerli silahlı qüvvələr yaratmaqla dinc müsəlman əhalisini, o cümlədən, türk, çərkəz, kürd, laz, həmşen (müsəlman ermənilər), siryani (kəldani-aysor), abxaz və qaraçıları soyqırıma məruz qoyublar. Ermənilərin bu xəyanətlərinə adekvat addım atmağa məruz qalan Osmanlı dövləti silahsız ermənilərə deyil, “erməni silahlı qüvvələrinə” qarşı dərhal hərəkətə keçib. Məhz bu məcburiyyət “Təhcir (sürgün, deportasiya)” qanununu ortaya çıxardı. 1915-ci il aprelin 24-də imzalanan bu qanuna görə ermənilər Osmanlı dövlətinin müxtəlif regionlarında kiçik icmalar şəklində yerləşdirilməliydilər. Qanunda ermənilərə məxsus bütün ictimai təşkilatlar və siyasi qurumların fəaliyyəti yasaq edilirdi. İndi ermənilər bildirirlər ki, bu qanun elə soyqırım deməkdir. Əslində isə bu qanun satqın millətin layiq olduğu davranış qaydalarını müəyyən edirdi.
Erməni lobbisinin tarixi saxtalaşdırmaq və təhrif etmək cəhdinin növbəti təzahürü olan C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz. Bu bəyanatı tarixi səhv adlandıran möhtərəm Prezidentimiz İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Bu dəqiq təsbit ABŞ administrasiyasının bu provakasiyon addımına ən gözəl siyasi qiymətdir. Danılmaz faktdır ki, Türkiyə dünyanın qlobal gücüdür və Türk dünyası, Azərbaycan bütün siyasi, iqtisadi, hərbi gücü ilə hər zaman qardaş Türkiyənin yanındadır.
Baydenin bu “bəyanatı” Paşinyana bir növ “hədiyyə”dir, lakin unutmaq lazım deyil ki, Rusiyanı “unudub” Amerikaya üz tutacaq olan Ermənistanın vəziyyəti daha da acınacaqlı olacaqdır. Azərbaycan İkinci Qarabağ Savaşında – Vətən müharibəsində əzəli düşmənin sözün əsl mənasında başını əzdi, işğalçı üçün hərbi kapitulyasiya aktı olan 10 noyabr Bəyanatının müddəaları icra olunub və Ermənistanda kimin hakimiyyətdə olmağından asılı olmayaraq bundan sonra da icra olunacaqdır. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.”
C.Baydenin əsassız, biabırçı bəyanatından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının olması bir daha göstərdi ki, tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır və bu iki qardaş dövlət ən çətin, taleyüklü məqamlarda hər zaman bir-birinin yanındadır. Əsrlər boyunca ən çətin sınaq günlərində Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub və olacaqdır. Şübhəsiz ki, bu məsələ də istisna deyil. Allah millətimizi qorusun, dostluğumuzu və qardaşlığımızı əbədi etsin!

Şəmsəddin Hacıyev
YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor