
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Bu da bir daha bizim xalq olaraq yalnız sözdə deyil, əməldə də hər zaman qardaş türk xalqının yanında olmağımıza bariz nümunədir.
ABŞ prezidenti bu ifadəni işlətməklə həm də açıq və aydın şəkildə beynəlxalq hüququ, ədaləti, pozub. Onlar niyə hələ 30 il bundan öncə məhz ermənilər tərəfindən törədilən Xocalı soyqırımına siyasi qiymət vermirlər? Bax, buradan da görünür ki, onlar qərəzlidir. Azərbaycan hər zaman qardaş ölkə Türkiyənin yanındadır. Biz hər zaman Türkiyənin mövqeyini dəstəkləyirik və onlarla birlikdəyik. Necə ki, 44 günlük Vətən müharibəsində birlikdə olduq, bundan sonra da Azərbaycan və Türkiyə birlikdə olacaq. Hesab edirəm ki, ABŞ prezidentinin bu açıqlaması bir daha dünyada ikili standartların olduğunu nümayiş etdirdi. Bir daha qeyd edirəm ki, ABŞ prezidentinin "soyqırımı" ifadəsi qətiyyən qəbuledilməzdir!
İsmayılova Gülarə, 107 saylı orta məktəbin psixoloqu